Icma.az
close
up
RU
Avropa liderləri həyəcanlanıb Bir azdan Tramp Putinlə DANIŞACAQ

Avropa liderləri həyəcanlanıb Bir azdan Tramp Putinlə DANIŞACAQ

Icma.az bildirir, Modern.az portalına istinadən.

Avropa ölkələrinin liderləri Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Trampın telefon danışığını səbirsizliklə gözləyirlər. Çünki həmin telefon danışığının nəticələri Avropa qitəsinin təhlükəsizliyi üçün sarsıdıcı ola bilər.
Modern.az-ın məlumatına görə, bu barədə Almaniyanın “Bild” qəzeti yazıb.

Nəşrin məlumatına görə, Trampla Putin arasında telefon danışığı çərşənbə axşamı baş tutacaq. Onlar Ukraynanın və ola bilsin ki, Avropanın gələcəyini müzakirə edəcəklər. Və bu o deməkdir ki, həmin telefon danışığının nəticələri Avropa qitəsinin təhlükəsizlik sistemi üçün dağıdıcı ola bilər.

Məqalədə qeyd olunur ki, hazırda Avropanın siyasi elitaları arasında həyəcanlı əhval-ruhiyyə hökm sürür. Amma müəyyən bir eyforiya da var.

Kiyev qorxur ki, Tramp Rusiya qoşunlarının hələ də nəzarət etmədiyi Ukrayna ərazilərini Rusiyaya verməyə razı olacaq.

Finlandiya, Estoniya, Latviya və Litvada, eləcə də Polşada qorxurlar ki, Amerika tərəfi öz qoşunlarını Avropadan çıxaracaq və bir neçə ildən sonra rus qoşunları oraları fəth edəcək. Məhz buna görə də həmin ölkələr son həftələrdə Piyadalara Qarşı Minaların Qadağası Konvensiyasından çıxmağa hazır olduqlarını bəyan ediblər.

Paris və London da ən pis ssenariyə hazırlaşır. Burada Moskvanın etirazına baxmayaraq, Ukraynaya sülhməramlılar göndərməyə hazırlaşırlar. Tramp Ukraynanı taleyin ümidinə buraxmaq qərarına gəlsə, nüfuzlu Avropa ölkələri məsələyə müdaxilə etmək məcburiyyətində qalacaq.

Xatırladaq ki, həm Moskva, həm də Vaşinqton telefon danışığının baş tutacağını və hazırda son hazırlıqların getdiyini təsdiqləyib.
Putinlə Tramp arasında söhbət bu gün Moskva vaxtı ilə saat 16:00-18:00-a planlaşdırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Mart 2025 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri