Avropa liderləri Zelenski və Putinlə telefon danışığı apardılar
Icma.az, Azxeber.com saytına istinadən bildirir.
Finlandiya Prezidenti Aleksandr Stubb, Norveçin Baş naziri Yonas Qar Störe və Rusiya lideri Vladimir Putin telefon danışığı zamanı Ukraynada müharibənin dayandırılması və danışıqların bərpası istiqamətində diplomatik səyləri müzakirə ediblər.
Bu barədə Finlandiya Prezidentinin rəsmi saytındakı məlumatda deyilir.
Telefon danışığı müharibənin dayandırılmasına kömək etməli olan gələcək danışıqlarla bağlı mesajları birbaşa V.Putinə çatdırmaq məqsədi daşıyır.
A.Stubb və Y.Störe vurğulayıblar ki, Finlandiya və Norveç Ukraynaya dəstək verməyə davam edəcək, həmçinin müharibəni başa çatdırmağın və danışıqları bərpa etməyin zəruriliyini bildiriblər.
"Danışıq səmimi və məzmunlu oldu. Biz Rusiyanın qonşularıyıq. Bu müharibənin nəticəsi bizim və bütövlükdə Avropanın təhlükəsizliyinə birbaşa təsir göstərəcək. Müharibəni dayandırmaq üçün birbaşa danışıqlar lazımdır", - A.Stubb bildirib.
Öz növbəsində, Y.Störe qeyd edib ki, müharibə maddi və insan itkiləri ilə müşayiət olunur.
Bununla yanaşı, məlumatda qeyd olunub ki, A.Stubb və Y.Störe danışıq zamanı yalnız öz ölkələrinin liderləri kimi çıxış ediblər və bütövlükdə Avropanı təmsil etməyiblər.
Avropa liderləri daha sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıblar.
Liderlər Ukrayna ilə həmrəy olduqlarını və tezliklə sülhə nail olmağın vacibliyini qeyd ediblər.
///teleqraf///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 28 Oktyabr 2026 02:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















