Icma.az
close
up
RU
“Avropa liderləri panika içindədir” “Oval Kabinetdəki qalmaqal təkrarlana bilər”

“Avropa liderləri panika içindədir” “Oval Kabinetdəki qalmaqal təkrarlana bilər”

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Donald Tramp, Volodimir Zelenski və Avropa ölkələri başçıları arasında Ağ Evdə keçiriləcək görüşün bu cür tələsik təşkil olunması Avropa liderlərini ciddi narahat edir. Belə ki, indiyə qədər yalnız İraqdakı müharibədən əvvəl bu cür tələsik görüş çağırılmışdı.

“AzPolitika” xəbər verir ki, “The New York Times” adı çəkilməyən nüfuzlu avropalı diplomata istinadla yazıb ki, Ukrayna müttəfiqlərinin əsas qorxusu Oval Kabinetdəki fevral qalmaqalının təkrarlanmasıdır.

O zaman Donald Tramp və J.D.Vens açıq şəkildə Volodimir Zelenskini təhdid edərək, Ukraynanın Rusiya ilə müharibədə “kartlarının olmadığını” demişdi: "Adının açıqlanmasını istəməyən yüksək rütbəli bir avropalı diplomat müttəfiqlər arasında panika olduğunu etiraf edir".

Qeyd edək ki, ABŞ Dövlət katibi Marko Rubio bazar günü CBS telekanalına verdiyi müsahibədə avropalıların Vaşinqtona Zelenskinin “mühafizəçiləri” kimi getmədiyini, onların bir sıra birgə məsləhətləşmələrdən sonra amerikalıların özləri tərəfindən dəvət edildiyini deyib.

Avropalı müttəfiqlər isə qəzetin yazdığı kimi, qorxurlar ki, Tramp sülh üçün ilkin şərt kimi atəşkəs ideyasından imtina etməklə, əslində Putinin əlinə oynayır. Putin də öz növbəsində gizlətmir ki, o, yalnız hərbi məqsədlərinə çatması şərtilə sülhə razı ola bilər. Bu isə nəşrin yazdığı kimi, hər hansı bir sülh sazişinin bağlanmasını çətinləşdirir. Bununla belə, liderlər bazar ertəsi Ağ Evə toplaşanda təkcə sərhədləri deyil, həm də Ukrayna üçün təhlükəsizlik təminatlarını, o cümlədən mümkün sülhməramlı kontingentin Ukraynaya yeridilməsini müzakirə edəcəklər.

Bu arada qeyd edək ki, avqustun 17-də “Qətiyyətlilər Koalisiyası” hərbi əməliyyatlar dayandırıldıqdan dərhal sonra Ukraynada təhlükəsizlik qüvvələrini yerləşdirməyə, habelə Ukraynanın hava və dəniz məkanının təhlükəsizliyinin təmin edilməsinə və Ukrayna silahlı qüvvələrinin bərpasına kömək etməyə hazır olduğunu bəyan edib.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:36
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 18 Avqust 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see771

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see215

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see179

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see161

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see161

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see160

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see153

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see149

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see139

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see136

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri