Avropa liderləri Putinlə telefon danışığından sonra Trampa zəng ediblər
Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Fransa da daxil olmaqla bir sıra Avropa ölkəsinin liderləri Rusiya prezidenti Vladimir Putinlə iki saatlıq söhbətindən sonra ABŞ prezidenti Donald Trampla telefonla danışıblar.
“Report”un məlumatına görə, bunu Fransa prezidenti Emmanuel Makron Versalda "Fransanı seçin" investisiya konfransında çıxışı zamanı deyib.
“Sizi gözlətdiyim üçün üzr istəyirəm, lakin biz bir sıra avropalı həmkarlarımızla birlikdə prezident Putinlə danışıqlardan sonra prezident Trampla telefon danışığı apardıq”, - Makron bildirib.
O, Trampla söhbətin təfərrüatlarını açıqlamayıb.
Trampın özü isə bildirib ki, Putinlə danışdıqdan dərhal sonra Ukrayna Prezidenti Volodimir Zelenskiyə, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenə, Fransa Prezidenti Emmanuel Makrona, İtaliyanın Baş naziri Corciya Meloniyə, Almaniya Kansleri Fridriks Mersə və Finlandiya Prezidenti Aleksandr Stubba məlumat verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 19 May 2025 22:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















