Avropa liderləri Trampı Rusiyaya qarşı siyasəti sərtləşdirməyə çağırıblar
Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Keçən həftə NATO-nun qapalı şam yeməyində Avropa liderləri ABŞ Prezidenti Donald Trampı Rusiyaya qarşı daha sərt mövqe tutmağa çağırıblar.
Bunu Çexiya Prezidenti Petr Pavel “CNN Prima NEWS”a müsahibəsində bildirib.
"Biz onu inandırdıq ki, Rusiyaya iqtisadi təzyiqi əhəmiyyətli dərəcədə artırmağın vaxtı gəlib", - o qeyd edib.
Prezidentin sözlərinə görə, təzyiqin məqsədi Rusiyanın iqtisadi çöküşü deyil, Moskvanın Ukrayna ilə bağlı danışıqlara qayıtmağa məcbur olacağı şəraitin yaradılmasıdır", - P.Pavel əlavə edib.
Çexiya lideri qeyd edib ki, Tramp şam yeməyi zamanı Çinə qarşı sərt ticarət siyasətini xatırladıb və məhz yüksək rüsumların Pekinin mövqeyini dəyişdiyini vurğulayıb.
"Məhz belə qətiyyətli yanaşma indi də lazımdır. Əgər Çin bunun təsirini bir ay ərzində hiss etdisə, Rusiya öz iqtisadiyyatı ilə bir-iki həftəyə hiss edəcək", - o vurğulayıb./Report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 30 İyun 2025 15:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















