Icma.az
close
up
RU
Tusk: “Avropa Trampı Rusiyaya güvənməməyə inandırmalıdır”

Tusk: “Avropa Trampı Rusiyaya güvənməməyə inandırmalıdır”

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

Almaniyanın ev sahibliyi ilə keçirilən Ukrayna ilə bağlı onlayn liderlər görüşündən sonra mətbuata açıqlama verən Polşanın Baş naziri Donald Tusk bildirib ki, əsas məqsəd Avropanın ABŞ-ın keçmiş prezidenti və namizədi Donald Trampı Rusiyaya güvənməməyə inandırmasıdır.

Turkustan.az xəbər verir ki, Tusk deyib ki, görüşdə əsas müzakirə mövzusu Trampın Rusiya prezidenti Vladimir Putinlə 15 avqustda Alyaskada keçirilməsi planlaşdırılan görüşünün gedişatına necə təsir edə biləcəkləri olub.

“Trampın Putinlə görüşünün münaqişəni həll etməsi çətin görünür. Amma bu görüş atəşkəslə bağlı daha sürətli qərarlar üçün ilkin addım ola bilər”, – deyə, Tusk qeyd edib.

Tusk Polşanın Ukrayna ilə bağlı aparılan danışıqlarda istiqamət verici rol oynadığını vurğulayıb:
“Əsas məsələ odur ki, heç kim Rusiyanın qonşularının sərhədlərini müəyyən etmək hüququna malik olduğunu düşünməməlidir”.

O, həmçinin Rusiyanın NATO ölkələrinin təhlükəsizliyini danışıqlara daxil etmək və müttəfiq qüvvələrin, o cümlədən Polşadakı hərbi varlığın azaldılması cəhdlərinə qarşı xəbərdarlıq edib.

Baş nazir əlavə edib ki, Rusiyanı Ukraynada ədalətli sülhə məcbur etmək lazımdır və heç kim Ukraynanın faktiki təslim olması anlamına gələcək şərtləri qəbul etməməlidir.

Qeyd edək ki, Tramp və Putin arasında Alyaskada keçiriləcək görüş öncəsi təşkil edilən onlayn toplantıya NATO-nun yeni baş katibi Mark Rutte, Ukrayna prezidenti Volodimir Zelenski, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, Avropa Şurasının prezidenti Antonio Kosta və digər Avropa liderləri qatılıblar.

Görüşdə Ukraynanın və Avropanın təhlükəsizlik maraqlarının qorunması, eyni zamanda Rusiya ilə diplomatik həll yollarının mümkünlüyü müzakirə olunub.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 14 Avqust 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see295

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see289

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see252

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see239

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see237

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see235

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see234

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see232

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see225

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see221

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see220

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see216

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

15 Noyabr 2026 20:52see208

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see199

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see198

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see195

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see195

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see190

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see189

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri