“Avropa liderləri Trampla söhbətdən narazı qalıblar” Bild
Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"İstəklilər koalisiyasının" üzvləri ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıblar, bundan sonra Avropa liderləri arasında narazılıq və məyusluq yaranıb.
"Report" xəbər verir ki, bu barədə "Bild" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
İddiaya görə, Avropa tərəfi hətta sentyabrın 4-də telefon danışığından sonra da Trampın Rusiyaya qarşı sanksiyalar tətbiq etmək qərarına gələcəyini gözləmir. Avropalılar Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi məsələsi üzrə birgə işçi qrupunun yaradılması üçün ABŞ prezidenti ilə birgə yanaşmanın əlaqələndirilməsini və 48 saat ərzində öz nümayəndələrini Vaşinqtona göndərməyi təklif ediblər.
"Lakin Trampın buna razı olub-olmadığı aydın deyil", - nəşr bildirib.
Qeyd olunub ki, Ağ Ev rəhbəri Avropa İttifaqını Rusiya neftinin idxalını davam etdirməkdə ittiham edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 04 Sentyabr 2025 23:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















