Avropa liderləri Braziliya prezidentindən narazı qalıblar
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Avropa İttifaqının liderləri Braziliya prezidenti Luiz İnasiu Lula da Silvanın G20 sammitində danışıqları vaxtından əvvəl bitirmək və bununla da Ukrayna ilə bağlı məsələlərin müzakirəsini azaltmaq qərarından narazı qalıblar. Bu barədə noyabrın 19-da “Reuters” agentliyi məlumat yayıb.
Xəbəri “İzvestiya.ru” verib.
“Kommunike adətən sammitin sonunda dərc olunur, lakin Lula bazar ertəsi plenar iclasın yekunu zamanı mətni təsdiq etmək qərarına gəldi. Həmin anda Fransa, Almaniya və ABŞ liderləri otaqda deyildi”, - deyə nəşr bildirib.
Agentlik Fransa lideri Emmanuel Makronun Lula da Silvanın bu qərarından narazı olduğunu qeyd edib. O bildirib ki, Ukrayna münaqişəsi ilə bağlı “mətnin daha açıq olması faydalı olardı”.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 20 Noyabr 2024 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















