Avropa Liqası: “Qarabağ” bu gün səfərdə İsveç klubu ilə qarşılaşacaq AZƏRTAC
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı,12 dekabr, AZƏRTAC
Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçisi “Qarabağ” bu gün Liqa mərhələsində altıncı oyununa çıxacaq.
AZƏRTAC xəbər verir ki, Azərbaycan çempionu Boras şəhərində İsveçin “Elfsborq” kollektivinin qonağı olacaq. “Boras Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Matçı portuqaliyalı baş hakim Antoniu Nobre idarə edəcək.
Ağdam təmsilçisi oyuna ciddi itkilərlə çıxacaq. Müdafiəçilər Kevin Medina, Bəhlul Mustafazadə və yarımmüdafiəçi Aleksey İsayev zədəli olduqları üçün görüşü buraxacaqlar.
Qeyd edək ki, aktivində 3 xalı olan “Qarabağ” turnir cədvəlinin 32-ci pilləsində qərarlaşıb. Azərbaycan təmsilçisi pley-offa adlamaq üçün ilk 24 komanda arasına düşməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 12 Dekabr 2024 10:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















