Avropa Liqası: “Qarabağ” səfərdə İsveç klubuna uduzub YENİLƏNİB AZƏRTAC
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 13 dekabr, AZƏRTAC
"Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan çempionu Liqa mərhələsinin VI turunda İsveçdə "Elfsborq"un qonağı olub.
Boras şəhərindəki eyniadlı stadionda gerçəkləşən görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 57-ci dəqiqədə Ahmed Qasım vurub.
Qeyd edək ki, aktivində 3 xalı olan “Qarabağ” turnir cədvəlinin 33-cü pilləsində qərarlaşıb. "Elfsborq" isə 7 xalla 24-cüdür. Azərbaycan təmsilçisi növbəti oyununu 2025-cü il yanvarın 23-də Bakıda Rumıniyanın FKSB kollektivinə qarşı keçirəcək.
00:00
UEFA Avropa Liqasının əsas mərhələsində İsveçdə "Elfsborq" və “Qarabağ” komandaları arasında keçirilən VI tur oyunu start götürüb.
AZƏRTAC xəbər verir ki, “Boras Arena”da təşkil olunan görüş Bakı vaxtı ilə saat 00:00-da başlayıb.
Matçı portuqaliyalı baş hakim Antoniu Nobre idarə edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 13 Dekabr 2024 01:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















