Icma.az
close
up
RU
Avropa Liqası: “Qarabağ” “Lion”a məğlub olub YENİLƏNİB7 AZƏRTAC

Avropa Liqası: “Qarabağ” “Lion”a məğlub olub YENİLƏNİB7 AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 28 noyabr, AZƏRTAC

UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ” və Fransanın “Lion” komandaları arasında keçirilən V tur oyunu başa çatıb.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Lion"un heyətində qolları Jorj Mikautadze (2 qol), Korentin Tolisso və Malik Fofana vurublar. "Qarabağ"ın yeganə qoluna isə penaltidən Olavio Juninyo imza atıb.

Qeyd edək ki, Avropa Liqasının əsas mərhələsində bir qələbəsi olan "Qarabağ" növbəti görüşünü dekabrın 12-də səfərdə "Elfsborq"a qarşı keçirəcək.

23:34

UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ” və Fransanın “Lion” komandaları arasında keçirilən V tur oyununda beşinci qol vurulub.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşmanın 88-ci dəqiqəsində Ağdam klubunun heyətində Olavio Juninyo fərqlənib.

Görüşü Serbiyadan olan referi Nenad Minakoviç idarə edir.

23:28

UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ” və Fransanın “Lion” komandaları arasında keçirilən V tur oyununda dördüncü qol vurulub.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşmanın 80-ci dəqiqəsində rəqibin heyətində Jorj Mikautadze dubl edib.

Görüşü Serbiyadan olan referi Nenad Minakoviç idarə edir.

23:15

UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ” və Fransanın “Lion” komandaları arasında keçirilən V tur oyununda üçüncü qol vurulub.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşmanın 68-ci dəqiqəsində rəqibin heyətində Malik Fofana fərqlənib.

Görüşü Serbiyadan olan referi Nenad Minakoviç idarə edir.

23:10

UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ” və Fransanın “Lion” komandaları arasında keçirilən V tur oyununda ikinci qol vurulub.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşmanın 63-cü dəqiqəsində rəqibin heyətində Korentin Tolisso fərqlənib.

Görüşü Serbiyadan olan referi Nenad Minakoviç idarə edir.

22:48

UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ” və Fransanın “Lion” komandaları arasında keçirilən V tur oyununda ikinci hissə başlayıb.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşmanın ilk yarısından sonra rəqib 1:0 hesabı ilə qalib gəlir.

Görüşü Serbiyadan olan referi Nenad Minakoviç idarə edir.

22:33

UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ” və Fransanın “Lion” komandaları arasında keçirilən V tur oyununda birinci hissə başa çatıb.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşmanın ilk yarısı rəqibin 1:0 hesablı üstünlüyü ilə bitib.

Görüşü Serbiyadan olan referi Nenad Minakoviç idarə edir.

22:04

UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ” və Fransanın “Lion” komandaları arasında keçirilən V tur oyununda hesab açılıb.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşmanın 15-ci dəqiqəsində rəqibin heyətində Jorj Mikautadze fərqlənib.

Görüşü Serbiyadan olan referi Nenad Minakoviç idarə edir.

 21:45

UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ” və Fransanın “Lion” komandaları arasında keçirilən V tur oyunu başlayıb.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma saat 21:45-də start götürüb.

Görüşü Serbiyadan olan FIFA referisi Nenad Minakoviç idarə edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Noyabr 2024 23:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri