Icma.az
close
up
RU
Avropa mədəniyyətinin qırılmış ayağı

Avropa mədəniyyətinin qırılmış ayağı

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

O illərdə naməlum heykəltəraş tetrarxiyaya daxil olan həmin dörd nəfərin fiqurunu qırmızı qranitdə əbədiləşdirir. “Porfir” adlanan bu qranit həmin dövrdə Misirdə hasil olunur və Romada nadir material sayılırdı.
Heykəldə çiyin-çiyinə dayanan 4 nəfər hakimiyyətin birliyini və tetrarxiyanın sarsılmazlığını ifadə edirdi. Min ilə yaxın müddətdə bu fiqur Konstantinopoldakı yerində qalaraq, maraqlı siyasi eksperimenti xatırlatmaqda davam edirdi...
1204-cü ildə dördüncü xaç yürüşü zamanı Bizansın paytaxtını ələ keçirən səlibçilər şəhəri talayır, dağıdır, yandırır, əhaliyə duvan tuturlar. Əllərinə keçən hər şeyi, o cümlədən də “tetrarxiya” heykəlini qənimət kimi özləri ilə aparırlar.
Venesiyada bu heykəlin ikinci həyatı başlayır: onu San-Marko bazilikasının fasadına hörürlər. 800 ildir ki, bu fiqur orada yamaq kimi vurulduğu divarda məhbəs həyatı yaşayaraq, dörd cüt gözü ilə mat-mat düşdüyü yad, naməlum şəhərə tamaşa edir.
Konstantinopolu talayan barbarlar tetrarxları yerindən qaba şəkildə qoparanda kiçik qeysərlərdən birinin ayağı postamentin bir parçası ilə birlikdə qırılaraq, Konstantinopolda qalmışdı. Venesiyada fiquru bərpa etmək üçün qırılmış yeri ağ əhəngdaşı ilə yamayırlar.
Ötən əsrin 60-cı illərində heykəlin qırılmış hissəsi İstanbulda aşkarlanır. Labaratoriya analizləri tapılan parçanın həqiqətən də “tetrarxiya” heykəlinə aid olduğunu təsdiqləyir. İndi həmin parça İstanbulda arxeologiya muzeyində saxlanılır.
Əlbəttə, iki hissəni birləşirmək çox gözəl və düzgün addım olardı. Bu, vəhşi avropalılar tərəfindən həm heykəlin özünə, həm də naməlum müəllifinə qarşı edilmiş hörmətsizliyin günahını az da olsa yuyar, ədalət öz yerini tapardı. Amma alınmır: çünki bütövləşəndən sonra heykəlin harada – Venesiyada, yoxsa İstanbulda qalacağı haqda razılığa gəlmək mümkün olmur.
Tariyel Həsənov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://azvision.az
archiveBu xəbər 11 May 2026 20:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see330

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see291

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see283

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see282

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see274

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see268

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see264

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see254

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see243

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see232

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see231

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see226

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see222

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see209

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see206

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see204

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see198

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see195

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see193

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri