Icma.az
close
up
RU
Qanadı qırılmış şam ağacları Şahnaz Şahin

Qanadı qırılmış şam ağacları Şahnaz Şahin

Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kulis.az Şahnaz Şahinin "Qanadı qırılmış şam ağacları" adlı yazısını təqdim edir.

Quşların qanadları var və uçmaq da quşlara məxsusdu, amma mənə elə gəlir ki, ağaclar da uça bilir. Özü də bizim bilmədiyimiz, görmədiyimiz şəkildə uçur. Deyə bilərsiniz ki, qanadı yoxdu, necə uça bilər ağaclar? Axı insanın da qanadı yoxdu, amma uçur insan, məgər siz heç sevincdən, xoşbəxtlikdən həyatınızda bir dəfə olsun uçmadınızmı?! Əminəm ki, uçmusunuz...

Evimizin qabağına illər öncə sıra ilə şam ağacları əkmişəm, yay vaxtı günəş göydən od ələyəndə kondisioner də öhdəsindən gələ bilmirdi. Ona görə pəncərələrin önünə əkdim ki, kölgəsindən faydalanaq. Əkəndə çox balaca və cılız idilər, heç ayaq üstə düz dayana da bilmirdilər. İllah da sulayanda başlarını qoyurdular yerə. Ona görə hərəsinin böyrünə özündən iri və canlı ağaclar basdırdım ki, külək əsəndə əyib sındırmasın...

Üstündən illər axıb gedib, artıq çoxdan qollu budaqlı ağac olublar. Budaqları uzanıb pəncərəmə çatır, külək əsəndə sanki iri, qüvvətli bir əl kimi pəncərəmə çırpılıb qəribə, qorxulu səslər çıxarır. Hərdən də xəfif bir yeldən astaca tərpənir, həyəcanlanır, qalxıb anamın titrək əlləri kimi sığal çəkir...
Üstündə bol meyvələri-qozaları da var, budaqları da ağırlıqdan başını yerə əyir. Artıq bu qozaların da sağlamlığa faydalı olduğu bəlli olub, ondan xüsusi mürəbblər hazırlanır ki, bu da əsasən ağ ciyər və tənəffüs yolu xəstəliklərinin müalicəsində istifadə olunur...

Şəhərə getmişdim, qayıdanda ağaclarımı tanımadım, məyus idilər, fikirli dayanmışdılar, sanki nədənsə utanırdılar, başlarını qaldırıb üzümə baxa bilmirdilər. Bir xeyli ətrafda dolandım, başdan ayağa süzdüm, əllərimi kiçik yarpaqlarına sürtüb oxşadım, heyhat... inadla susurdular!

Evə qalxdım, sevimli ağaclarımı içəridən izləməyə başladım. İlahi, bu nədir, hanı bunların qanadları, hanı əlləri?! Əvvəl onlar bir-biriylə də qol-boyun olurdular, o qədər mehriban idilər, “aralarından su da keçmirdi”. İndi o qollar, o əllər yox idi, kəsilmişdi... Yaralı idilər, amma bu yaradan çox onların qəlbi ağrıyırdı, incimişdilər, axı bunu edən yad adam deyildi... Oğlum eləmişdi, “daramaq”la ağacların günahını almış, sonra da peşman olmuşdu. Qəlbi geniş ağaclar ondan şikayət etməsələr də, könüllərini almaq lazım idi, yəqin ki, bağışlayarlar...

Alman şair və filosofu Herman Hesse yazırdı ki, ağaclar sığınacaqlardır, ağacları dinləməyi öyrəndiyimiz an onlar evimizə çevrilirlər. Bu xoşbəxtlikdir... “Ağac qucaqlayan” ifadəsi var və bunun əsası Hindistanda yaşanmış real hadisəyə söykənir. 1730-cu ildə saray tikmək üçün ağacları kəsmək əmri verən Maharacaya etiraz olaraq məhəllənin qadınları hərəsi bir ağacı qucaqlamışdı. Çox təəssü ki, onlara əhəmiyyət verilməmiş, əksinə, özləri qurbana çevrilmişdilər...

Məncə ağac qucaqlama ifadəsi həm də ağacların özünə aiddir. Ayaqları ilə torpaqdan möhkəm yapışan ağaclar inamla və inadla göy üzünə can atır. Topladığı müsbət və mənfi enerjiləri birləşdirib təbiətə ötürür. Onların sayəsində torpaq münbitləşir, hava arınır, oksigen ehtiyatı tənzimlənir. Ağaclar da var olduğu sürəcə həyat və yaşam uğrunda mübarizə aparır, güclü, gözəl, mükəmməl olmağa çalışır.

Artıq yaz gəlib, ağaclar yaşıllaşır, bar ağacları çiçəkləyir, təbiət göz oxşayır, ətrafda nə varsa, hər şey, hər kəs, elə ağaclar özü də xoşbəxt görünür. Təbiətdə tam bir harmoniya duyulur, göy yerə, yer də göyə aşiqdir!..

Düşünürəm ki, ağaclar da adamlar kimidir..,
Doğulur, yaşayır, sevir, sevilir..,
Sevinir, kədərlənir, gülür, ağlayır...
Ağacları dinləyək..,
Sığınacaq ağacları, ev ağacları,
Xoşbəxtliyə açar olan ağacları...
Bir zaman körpə, sonra gənc,
Sonda yıxılan ağacları...

“Fransa kinosu günləri”nin son nümayişi keçirilib Pünhan Əzimin "Aşikar"ı - Təqdimat Katalanlar bu şəhəri necə yaratdı? - Barselonadan reportaj
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://kulis.az
archiveBu xəbər 21 May 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri