Icma.az
close
up
RU
Avropa Məhkəməsi Azərbaycanı cərimələyib Qış parkına görə (Detallar)

Avropa Məhkəməsi Azərbaycanı cərimələyib Qış parkına görə (Detallar)

Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, yanvar ayının 14-də Azərbaycanla bağlı yeni qərarını elan edib. 

Mia.az aihmaz.org-a istinadla xəbər verir ki, qərara əsasən, mülkiyyət hüququnun pozuntusunun mübahisələndirildiyi işdə AİHM 2022-ci ildə iddia edilən pozuntuları tanımış, təzminat məsələsinin həlli üçün tərəflərə vaxt vermişdi: ""İsmayıl Bağvanov və Başqaları Azərbaycana qarşı" məhkəmə işinin predmeti Bakıdakı “Qış Parkı”nın inşası zamanı gələcək parkın ərazisindəki tikililərin, evlərin sökülməsi kontekstində mülkiyyət hüququ ilə bağlı yaranan mübahisələr idi. Füzuli, Səməd Vurğun, Şəmsi Bədəlbəyli və Topçubaşov küçələrində 500-dən artıq yaşayış və qeyri-yaşayış sahələri Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 24 sentyabr 2008-ci il tarixli sərəncamı ilə sökülmüş, sakinlər köçürülmüşdü. Bu işdə bütün ərizəçilər ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqlarına müdaxilənin baş verməsindən şikayət etmişdilər.

AİHM hələ 2022-ci ildə 14 ərizəni (İsmayıl BAĞVANOV, Dərya QULİYEVA, Eldar HÜSEYNOV, Kəmalə ƏLİYEVA, İntizar ALLAHVERDİYEVA, Zərifə ALLAHVERDİYEVA, Pərviz ƏMİROV, Minəxanım ƏZİMOVA (bu işdə 5 ərizəçi vardı), Mehriban ƏLİYEVA, Valeriya MAHMUDOVA, Ruqiyyə MƏMMƏD, Səadət ƏZİZOVA, Fuad ƏLİYEV, Yasəmən KƏRİMOVA, Flora QƏDİROVA, Rüxsarə HÜSEYNOVA, Afaq İSMAYILOVA, Şirinbacı RZAYEVA, Əli RZA və Lilya ƏLİYEVA) birləşdirdiyi bu işdə ərizəçilərin mülkiyyət hüquqlarına müdaxilənin baş verdiyinə qərar vermişdi. Məhkəmə həmçinin, 4 ərizəçiyə münasibətdə Konvensiyanın 6-cı maddəsinin pozuntusunu da tanımışdı. Ancaq Məhkəmə, ərizəçiərə ədalətli təzminatların ödənilməsinə qərar verməyə hazır olmadığını vurğulayaraq, hökumətdən 3 ay ərzində müvafiq təqdimat göndərməsini istəmişdi.

AİHM yanvarın 14-də ərizəçilərin ədalətli əvəz tələbləri üzrə qərarını elan edib. Qərara görə, 3 ay ərzində ərizəçilərin hamısına maddi, mənəvi zərər əvəzi və xərc, məsrəflərin əvəzi ödənilməlidir. Ərizəçilərə ödənilməli olan təzminatın ümumi məbləği 1 milyon 693 min 892 avro təşkil edir.

Qərara əsasən, ərizəçilərdən İ. Bağvanova 370 min, D. Quliyevaya 98 min, E. Hüseynova 46 min, K. Əliyevaya 28 min, İntizar və Zərifə Allahverdiyevalara birlikdə 156 min, M. Əzimovaya 65 min, M. Əliyevaya 88 min, V. Mahmudovaya 122 min, R. Məmmədə 155 min, S. Əzizovaya 8,3 min, F. Əliyevə 30 min, Y. Kərimovaya 136 min, F. Qədirovaya 7,1 min, R. Hüseynovaya 106 min, A. İsmayılovaya 117 min, Ş. Rzayeva və Ə. Rzaya birlikdə 12 min və L. Əliyevaya 88 min avro məbləğində maddi zərər əvəzi ödəməlidir.

Qərar həmçinin, ərizəçilərdən L. Əliyeva, A. İsmayılova, F. Qədirova və Y. Kərimovanın hər birinə 4700 avro məbləğində mənəvi zərər əvəzi ödənilməsini nəzərdə tutur. Hökumət yerdə qalan 14 ərizəçinin hər birinə isə 3 min avro məbləğində mənəvi zərər əvəzi ödəməlidir.

Ərizəçilərə qeyd edilənlərdən başqa ümumilikdə, 692 avro məbləğində poçt və digər xərclərin əvəzi ödənilməlidir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://mia.az
archiveBu xəbər 14 Yanvar 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri