Icma.az
close
up
RU
Avropa Məhkəməsi İsveçrəni cərimələyib

Avropa Məhkəməsi İsveçrəni cərimələyib

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropa İnsan Hüquqları Məhkəməsi 3 aprel 2025-ci ildə İsveçrəyə qarşı maraqlı qərar qəbul edib.

Gununsesi.info xəbər verir ki, ərizəçi öz partnyoru tərəfindən zorlanması, oğurlanması, 11 saat azadlığının məhdudlaşdırılmasından verilən şikayətin İsveçrədə effektiv araşdırılmamasından şikayət edib.
Ərizəçi 2006-cı ildə X adlı şəxslə tanış olub, həmin şəxs 1995-ci ildə qətl və zorlama cinayətinə görə 12 il müddətinə azadlıqdan məhrum edilib. 2001-ci ildə həbsdən azad edilib, lakin 2006-cı ildə keçmiş partnyorunun şikayəti əsasında 1 ay müddətində həbsdə olub. Bu müddətdə o, psixoloji ekspertizadan keçirilib, ekspert qeyd edib ki, qısa müddət ərzində keçmiş partnyorun qorxması üçün hər hansı əsas yoxdur, lakin X-in çətin dövrlərində (işsiz qaldığı, səhhətinin pis olduğu dövrlər) təhlükəli hərəkətlərin baş verməsi mümkündür.
Ərizəçi X . ilə 2006-cı ildə tanış olub, lakin onun keçmişindən xəbərsiz olub. Aralarında münasibətlər gərginləşdiyindən ərizəçi X-in həkiminə müraciət edib, həkim geniş məlumat vermədən X. ilə münasibətləri kəsməyi tövsiyə edib. Daha sonra polis ərizəçi ilə əlaqə saxlayıb və ondan hər hansı kömək lazım olub olmaması, mövcud vəziyyəti idarə edib etməməsi ilə maraqlanıb.
2007-ci ildə Ərizəçi öz partnyoru olan X-ə ayrılmaq istədiyini bildirdikdən sonra, X. Ərizəçini oğurlayaraq öz evinə aparıb, burada zorlayıb, onun əl-ayağına qandal vuraraq bir neçə saat maşında saxlayıb. Bir gün sonra ərizəçini o, öz evinə qaytarıb. Ərizəçinin şikayətindən sonra X həbs edilib, lakin X .2 gün sonra intihar edib.
Ərizəçi mənəvi zərərə görə 45.000 frank kompensasiya alıb.
2015-ci ildə ərizəçi Lutsern kantonuna qarşı iddia qaldıraraq X.-in keçmişi və təhlükəli olması barədə ona məlumat verilməməsi və baş vermiş cinayət barədə tədbir görməməsindən şikayət etdi. Yerli məhkəmələr onun şikayətini rədd etdikdən sonra Ərizəçi Avropa Məhkəməsinə müraciət edib və göstərib ki, yerli qurumlar başqalarının həyatı üçün təhlükə yaradan şəxsin təhlükəli olması barədə məlumat verməli və həmin şəxslə necə davranmaq barədə göstəriş verməli idilər.
Avropa Məhkəməsi qeyd edib ki, dövlət qurumları X.-in ərizəçi ilə münasibətindən, X.-in keçmişindən, onun edə biləcəyi təhlükənin reallığından xəbərdar idilər və bunlar yüksək riskin göstəriciləri hesab edilir.
Məhkəmə belə hesab edib ki, yerli qurumlar ərizəçinin həyatı üçün bildikləri və bilməli olduqları riskin qarşısının alınması üçün mümkün bütün vasitələrdən istifadə etməyiblər.
Beləcə Məhkəmə Konvensiyanın 2-ci maddəsinin (yaşamaq hüququ) pozulması nəticəsinə gəlib.
Bu qərar, Konvensiyanın 2-ci maddəsinin yalnız dövlətin birbaşa zor tətbiq etməməsi ilə deyil, insanların digər şəxslərin törədə biləcəyi zorakılıqdan qoruma öhdəliyi ilə də əlaqəli olduğunu bir daha təsdiqlədi.
Ümumiyyətlə, qadınlara qarşı zorakılıq hallarında Məhkəmə hər zaman fərqli mövqe tutub, dövlətin öhdəliklərinin daha çox olduğunu vurğulayır. Dövlət, xüsusilə qadınların qorunması sahəsində, potensial zorakılıq halları barədə, “real təhlükə” barədə xəbərdardırsa, mütləq hərəkət etməlidir. Əks təqdirdə, onun məsuliyyəti yaranır. Eyni zamanda qadınlara qarşı zorakılıq təkcə fərdi cinayət deyil, həmçinin dövlətin səssiz, passiv qalması səbəbindən sistematik problem kimi qiymətləndirilir. Bu qərarda Məhkəmə açıq şəkildə bildirib ki, gender əsaslı zorakılıq Konvensiya ilə ziddiyyət təşkil edən ayrı-seçkilik formasıdır.

Fariz

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 07 Aprel 2025 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see278

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see270

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see258

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see257

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see252

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see247

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see244

Trampın haqlı çıxdığı məqam: İran iqtisadiyyatı həqiqətən də ağır böhran içindədir VİDEO

06 Sentyabr 2026 09:26see233

Kseniya Borodina ABŞ dan məyus oldu: “Moskvada bizi çox ərköyün ediblər”

06 Sentyabr 2026 06:41see225

Bu gün Esvatini Krallığının milli bayramıdır

06 Sentyabr 2026 12:07see218

Selen Öztürk yeni serialla ekranlara qayıdır

06 Sentyabr 2026 11:39see208

Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib Nəticələr 5 günə açıqlanacaq

06 Sentyabr 2026 14:29see208

Filipp Kirkorovu səhnədə “qırxmağa” çalışacaqlar

06 Sentyabr 2026 03:27see205

Misir Mərdanov: Sayı yox, keyfiyyəti artırmaq lazımdır

06 Sentyabr 2026 14:14see203

İlham Əliyev III Msvatini təbrik etdi

06 Sentyabr 2026 11:38see194

Şah Qacarın “bığlı arvadları” əslində kimlər idi? ARAŞDIRMA

06 Sentyabr 2026 05:07see194

Suriyanın səhiyyə naziri silah götürüb atəş açdı

06 Sentyabr 2026 16:54see186

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

06 Sentyabr 2026 21:50see186

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see172

Quba Xaçmaz avtomobil yolunda xəsarət alan 2 nəfərin SON DURUMU

06 Sentyabr 2026 21:20see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri