Icma.az
close
up
RU
Avropa Məhkəməsi “Nardaran əməliyyatı”nda həbs edilənlərin ərizəsinə baxıb

Avropa Məhkəməsi “Nardaran əməliyyatı”nda həbs edilənlərin ərizəsinə baxıb

Icma.az, Gununsesi saytına istinadən bildirir.

2015-ci ildə hüquq-mühafizə orqanlarının Nardaranda keçirdiyi əməliyyat zamanı saxlanılan şəxslərlə bağlı məsələ Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) gündəliyinə çıxarılıb.

Avropa Məhkəməsindən Gununsesi.info-nun elektron poçtuna göndərilən məlumatda Azərbaycan vətəndaşları Şamil Adil oğlu Abduləliyev və Aqil Azər oğlu İsmayılovun müraciətlərindən bəhs olunur.

Hər iki şəxs “Müsəlman Birliyi” hərəkatı ilə əlaqəli Nardaran hadisələri üzrə cinayət məsuliyyətinə cəlb olunmuş və məhkəmə tərəfindən müxtəlif cinayətlərdə təqsirli bilinərək azadlıqdan məhrum ediliblər.

2015-ci ilin noyabrında Nardaran qəsəbəsində keçirilən polis əməliyyatı zamanı qarşıdurma baş verib. Hadisə nəticəsində bir neçə nəfər həlak olub, çox sayda şəxs isə yaralanıb. Şamil Abduləliyev və Aqil İsmayılov da həmin əməliyyat zamanı xəsarət alan şəxslər arasında olublar. Həmin dövrdə onların cinayət işi üzrə məhkəmə prosesləri aparılıb.

Ərizəçilər AİHM-ə müraciətlərində bildiriblər ki, saxlanılmaları zamanı  onlara qarşı həddindən artıq güc tətbiq edilib. Onlar həmçinin aldıqları xəsarətlərlə bağlı lazımi tibbi yardımın göstərilmədiyini və saxlanma müddətində pis rəftara məruz qaldıqlarını iddia ediblər.

Məhkəmə bu iddiaları Konvensiyanın 3-cü maddəsi – işgəncənin, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qadağan edilməsi, eləcə də 13-cü maddə – səmərəli hüquqi müdafiə vasitəsi hüququ ilə əlaqələndirib.

İddiaları araşdıran məhkəmə şikayəti təmin edərək, Azərbaycan hökumətinin hər bir ərizəçiyə mənəvi zərərə görə 10 min avro cərimə ödəməsi barədə qərar çıxarıb.

Qərarda, həmçinin məhkəmə ərizəçilərin şikayətlərini yazan vəkillər üçün də 1500 avro ödənməsi barədə hökumətin üzərinə öhdlik qoyub.

Günay 

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 08 Sentyabr 2026 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri