Bakıda qadın müğənni döyülüb “İ əməliyyatı”nda pivə bakalı başına vurulub
Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Sabunçu Rayon Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Əkbər Mübarizovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Məlumata görə, hakim Elnurə Rəcəbovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib və təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbs edilib.
İttihama görə, hadisə 07 mart 2024-cü il tarixdə, saat 23:00 radələrində Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən “İ əməliyyatı” adlı kafedə qeydə alınıb.
Belə ki, Əkbər Mübarizov sifariş verdiyi musiqinin qısa ifa edildiyini deyərək, kafedə musiqi ifaçısı, zərərçəkmiş İlahə Dadaşlının (şərti) əyləşdiyi masaya yaxınlaşıb. Sonra o, masa üzərindən götürdüyü pivə bakalını atıb qəsdən qadının sifət nahiyəsindən vuraraq sağlamlığa az ağır zərər yetirib.
Hadisədən sonra Əkbər Mübarizov saxlanılaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.(Pravda)
Baxış sayı:66
Bu xəbər 29 Noyabr 2024 09:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















