Icma.az
close
up
RU
Avropa miqrant axınına görə ciddi böhran içərisindədir və yeni cəbhədə döyüşməyə hazır deyil

Avropa miqrant axınına görə ciddi böhran içərisindədir və yeni cəbhədə döyüşməyə hazır deyil

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“NATO Moldovadan Rusiya ilə mümkün silahlı münaqişədə fəal şəkildə istifadə etməyə hazırlaşır”. Bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) xəbər verir. "SVR-ə daxil olan məlumata görə, NATO Moldovanı Rusiya ilə mümkün silahlı münaqişədə fəal şəkildə istifadə etməyə hazırlaşır", - hesabatda deyilir. Agentliyin məlumatına görə, NATO ölkə ərazisini alyans qüvvələrinin Rusiya sərhədlərinə sürətlə köçürülməsi üçün əlverişli etmək üçün Moldovanın “şərq cinahında alyansın qabaqcıl körpübaşına” çevrilməsini sürətləndirmək qərarına gəlib, SVR hazırda bunu aydınlaşdırır.

Politoloq Samir Hümbətov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya-Ukrayna qarşıdurmasının uzun müddət davam edəcəyi ehtimal olunur.

Samir Hümbətov

“Tərəflər öz istəklərindən geri çəkilmək istəmir. Ukrayna yeni döyüş taktikalarına keçir, yeni döyüş metodları tətbiq edir. Rusiya hələ də "mən əraziləri istədiyim səviyyəyə qədər almamışam" düşüncəsi ilə hələ dava edir. Ukraynadakı vəziyyət də hələ Ukraynanın istəyinə uyğun deyil, heç NATO-nun da istəyinə uyğun gəlmir. Bu səbəbdən də, bu məsələ üzrə fərqli vəziyyət yaranıb”-deyən Samir Hümbətov qeyd edib ki, Avropa İttifaqı bu gün Ukraynadan gələn miqrantları yerləşdirə bilmir.

Samir Hümbətov hesab edir ki, Avropa bu dəqiqə çox ciddi böhran içindədir: “Xüsusən də, Mərkəzi Avropa və Şərqi Avropa ölkələri bu böhrandan əziyyət çəkir. Orada ukraynalı qaçqınların təxminən 3 milyon yarımdan çox qaçqının qeyri-bərabər paylanması onlara böyük bir problem yaradıb”.

Rusiyaya qarşı Moldovada yeni cəbhə açılması ilə bağlı politoloq bildirib ki, Moldovadan yeni cəbhə açılarsa, Rusiya Dnesteryanı ərazidə saxladığı hərbi kontingentlə bu müharibəyə girə bilər: “Moldova Rusiya ilə sərhəd deyil. Moldova ərazisindən Ukraynayamı hücum edəcək? Bu məsələ strateji baxımdan uyğun gəlmir.

NATO-nun bu məsələyə qarışmasına gəldikdə, NATO-nun nizamnaməsinə görə hücum edilən ölkə gərək NATO-nun üzvü ola ki, Rusiyaya hücum edəndə NATO burada rol oynaya bilsin. Bir anlaşma imzalaya bilərlər. Məsələn; NATO deyə bilər ki, “mən Moldovanın təhlükəsizliyinə təminat verirəm” kimi bir anlaşma imzalayar. Bu da nizamnaməyə nə qədər uyğun olacaqsa, ondan sonra NATO bu işləri həyata keçirə bilər”-deyə Samir Hümbətov qeyd edib.

Politoloq hesab edir ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin yaydığı məlumat təxribat xarakteri daşıyır.

“Demək istəyirlər ki, "baxın, Moldova üzərindən bizə hücum etmək istəyirlər". Təbliğat aparırlar ki, "Ukrayna üzərindən bizə tərəf gəlirlər". İndi görürlər ki, Ukrayna üzərindən gələn yoxdur, təbliğat maşınını Moldovaya qarşı çevirib. Bu da ondan xəbər verə bilər ki, Rusiya Ukrayna ilə bərabər artıq Moldovada da bu hərəkətləri davam etdirmək niyyətindədir”-deyən Samir Hümbətov bildirib ki, indiki halda yayılan bu məlumatın nə dərəcədə həqiqətə uyğun olması belə özü şübhə doğurur, yəni reallığa çox yaxın deyil.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 16 İyul 2025 23:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri