İtaliya İspaniya ilə sərhədi bağlayır − Miqrant axınına görə
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İtaliya İspaniyanın Seuta anklavına qanunsuz immiqrant axını səbəbindən İspaniya ilə Şengen Sazişini dayandıracaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə yerli ANSA və “La Stampa” nəşrləri məlumat yayıb.
Bildirilib ki, bu qərarı İtaliya Daxili İşlər Nazirliyi verib.
Praktikada Şengen Sazişinin dayandırılması İtaliyanın İspaniya ilə dəniz və hava sərhədlərini bağlaması deməkdir (iki ölkə arasında quru sərhədi yoxdur). İtaliya Daxili İşlər Nazirliyi həmçinin Fransa ilə quru sərhədi boyunca təhlükəsizliyin artırılmasını əmr edib.
Daha əvvəl İtaliyanın Baş naziri Giorgia Meloni İspaniya hakimiyyətini Seutada baş verənlərə görə kəskin şəkildə qınamışdı. Onun sözlərinə görə, şəhərdən çəkilən görüntülər nəzarətsiz qanunsuz immiqrasiyanın Avropa sərhədlərinin təhlükəsizliyinə konkret təhdid yaratdığını bir daha sübut edir. Meloninin tənqidinə cavab olaraq İspaniyanın Baş naziri Pedro Sançes bildirib:
“İndi bölünmə vaxtı deyil. İndi güclü və vahid Avropa İttifaqı qurmağa davam etməyin vaxtıdır”.
O, həmçinin qanunsuz miqrantların Ai-yə daxil olmasının ən çox yayılmış yolunun İtaliyadan keçdiyini göstərən statistikaya istinad edib.
Bu mövzuda digər xəbərlər:İspaniya ordusu miqrant axınına qarşı HƏRƏKƏTƏ KEÇDİ
01 Avqust 2026 18:28
İspaniya hakimiyyəti miqrant axınına qarşı hərəkətə keçdi
01 Sentyabr 2026 16:41
İspaniya miqrant böhranı yaşayır
25 Avqust 2026 16:06
İspaniya ərazisinə növbəti miqrant axını gözlənilir?
05 Avqust 2026 11:29
Baxış sayı:142
Bu xəbər 31 İyul 2026 22:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















