Icma.az
close
up
RU
Avropa nəhəngi müharibə hazırlığına başladı ANONS VERİLDİ

Avropa nəhəngi müharibə hazırlığına başladı ANONS VERİLDİ

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkəsinin müharibə hazırlığı rejiminə keçdiyini açıqlayıb. O bu addımın Rusiya təhdidinə qarşı atıldığını söyləyib. Starmer vəziyyətin təhlükəli olduğunu bildirib və ölkəsinin müharibəyə hazırlıqlı olmasının vacibliyini vurğulayıb. Son zamanlar Rusiyanın qonşusu Finlandiya və İsveçlə münasibətlərinin gərginləşməsi, həmçinin Ukrayna müharibəsinə görə Avropa İttifaqı və NATO ilə yaşadığı qarşıdurma fonunda bu addım xüsusi diqqət çəkib.

Londonun bu hazırlığının səbəbi nədir? Ukrayna müharibəsinin miqyası genişlənə bilərmi?

Globalinfo.az-a danışan poltioloq Aytən Qurbanova deyib ki, Britaniyanın müharibə hazırlığı rejiminə keçməsi, eləcə də Rusiyanın Avropa İttifaqı və NATO ilə yaşadığı qarşıdurma Kreml üzərində çəkindirici təsirləri hədəfləsə də, müharibənin miqyasını genişləndirəcək nəticələrə də səbəb ola bilər:

“Xüsusilə Ukraynanın həyata keçirdiyi “Hörümçək toru” əməliyyatının Rusiyada ehtimal əks-sədası fonunda belə bəyanatların səsləndirilməsi Kremli danışıqlar prosesi ilə bağlı daha çevik addımlar atmağa sövq etməsi mümkündür. Amma hadisələrin inkişaf xronikası göstərdi ki, Kremlin geri çəkilmək və ya güzəştə getmək niyyəti yoxdur. Belə olan halda digər ssenarilərin reallaşması ehtimalı daha yüksəkdir.

Aytən Qurbanova

Bu ssenarilər arasında ən dəhşətli nəticələri özündə ehtiva edən məqam isə məhz Rusiyanın nüvə potensialından istifadə etməsi ilə bağlı ehtimaldır. Ona görə düşünürəm ki, Böyük Britaniyanın bu hazırlığı çəkindirici təsirlərdən çox, Rusiyanın aqressiv cavab reaksiyası ilə müşayiət oluna bilər.

Nəticə etibarilə, müharibəyə son qoyulması ilə bağlı danışıqların gündəmdə olduğu bir mərhələdə hərbi cəbhədə ifrat güc istifadəsinin mümkün dağıdıcı nəticələri heç bir halda istisna edilməməlidir. Bu da Rusiya-Ukrayna müharibəsinə yaxın gələcəkdə son qoyulması ilə bağlı gözləntiləri mümkünsüz edir”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 İyun 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri