Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Paşinyan Ermənistan konstitusiyasını dəyişir? Anons verildi

Paşinyan Ermənistan konstitusiyasını dəyişir? Anons verildi

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Son günlər Ermənistan konstitusiyasının dəyişməsi ilə bağlı müzakirələr intensivləşib. Baş nazir Nikol Paşinyan da son açıqlamalarında bu məsələyə toxunaraq bildirib ki, bu dəyişikliyə zərurət var, çünki yeni konstitusiya müasir çağırışlara, siyasi reallıqlara uyğun olmalıdır. Ən əsası isə sənədin ölkənin müstəqillik bəyannaməsinə əsaslanmaması təklif edilir.

Qeyd etmək yerinə düşər ki, Ermənistan konstitusiyasında bu ölkənin müstəqillik haqqında bəyannaməsinə istinad edilir və həmin bəyannamədə də Azərbaycana qarşı ərazi iddiaları irəli sürülür. Konstitusiyanın müstəqillik bəyannaməsinə əsaslanamaması ilə ərazi iddiaları da aradan qalxmış olacaq. Bəs bu müzakirələr nədən xəbər verir? Ermənistan konstitusiyasının tezliklə dəyişilməsi gözlənilir? Əks halda, sülh müqaviləsi mümkün olmayacaq. Çünki Azərbaycanın sülh sazişi üçün iki əsas şərtindən biri də budur.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Bəhruz Məhərrəmov Oxu.Az-a açıqlamasında bildirib ki, Ermənistan konstitusiyasında bu ölkənin müstəqillik haqqında bəyannaməsinə istinad edilir və bildirilir ki, bəyannamədə təsbit edilmiş ümummilli məqsədlər əsas götürülür:

"Ermənistanın istiqlal bəyannaməsinin preambulasında isə bu ölkənin ali sovetinin 1 dekabr 1989-cu il tarixli qanunsuz və təxribatçı qərarına istinad edilərək Qarabağ Ermənistanın tərkib hissəsi kimi bəyan olunur. Bu, dünya tarixində bir dövlətin digər dövlətə qarşı ərazi iddiasının konstitusiya ilə bəyan olunduğu çox nadir, təcavüzkar mahiyyətli nümunədir. Lakin Ermənistan konstitusiyasında təsbit olunmuş ərazi iddiaları Azərbaycanla məhdudlaşmır, bu ölkənin ana qanununun 13-cü maddəsində gerbin təsviri hissəsində Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Azərbaycan Respublikası məhz bu hüquqi vəziyyəti əsas gətirərək Bakı ilə İrəvan arasında artıq mətni razılaşdırılmış sülh müqaviləsinin imzalanmasını mümkün saymır. Belə ki, Ermənistan konstitusiyasının 6-cı maddəsinə əsasən, o cümlədən qəbul olunmuş beynəlxalq təcrübəyə müvafiq olaraq konstitusiya ölkə ərazisində ali hüquqi qüvvəyə malikdir və bu sənədə zidd istənilən norma, o cümlədən beynəlxalq müqavilə qəbul edilə, yaxud parlamentdə ratifikasiya oluna bilməz. Bu isə o deməkdir ki, Azərbaycan və Ermənistan arasında mətni razılaşdırılmış sülh müqaviləsi məzmunca Ermənistanın konstitusiyasına ziddir. Yəni Ermənistan sülh müqaviləsinin mətnində Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda, konstitusion qaydada Azərbaycana qarşı ərazi iddialarını təsbit edib".

"Belə bir situasiyada hüquqi reallıq ondan ibarətdir ki, imzalanacaq müqavilə konstitusiyaya zidd olduğu kimi, əslində nə hüquqi qüvvəyə minə, nə də parlamentdə ratifikasiya oluna bilər. Belə bir vəziyyətdə yekun sülh müqaviləsinin imzalanması və qüvvəyə minməsi üçün Ermənistan konstitusiyasından müvafiq müddəaların çıxarılması zəruridir. Ermənistan konstitusiyasının 111-ci maddəsinə əsasən isə, ana qanuna dəyişikliklər yalnız və yalnız referendum yolu ilə mümkündür. Bu mənada, Ermənistanın baş naziri Nikol Paşinyanın konstitusiya islahatları barədə danışması və yeni konstitusiyanın qəbulu barədə bəyanatları özlüyündə müsbət impulslar kimi qiymətləndirilə bilər", - deyə parlamentari vurğulayıb.

Müsahibimiz əlavə edib ki, konstitusiyada dəyişikliklərin, yaxud yeni konstitusiyanın effekti o zaman mümkündür ki, hazırda regionda sülh və sabitlik qarşısında əsas əngəllərdən biri kimi çıxış edən Ermənistanın müstəqillik aktına istinad və Ermənistan konstitusiyasında təsbit olunan ərazi iddiaları yeni ana qanunda əks olunmasın:

"Qeyd olunanlar fonunda Ermənistan rəhbərliyinin konstitusion islahatlarla bağlı mövqeyi ümidverici görünür, amma unutmaq olmaz ki, bundan öncə də Paşinyan və komanda üzvləri dəfələrlə praqmatik bəyanatlar vermiş, lakin ardınca bu mövqeyə zidd davranış sərgiləyib. Lakin geosiyasi proseslərin hazırkı təhlükəli inkişaf tendensiyaları və qütblərarası ziddiyyətlərin dərinləşməsi fonunda ermənilər artıq anlamalıdırlar ki, "dənizdən dənizə Ermənistan" mifik ideologiyası və Azərbaycana qarşı davamlı düşmənçilik bu ölkəyə yaxşı heç nə vəd etmir, əksinə hazırda sülh üçün yaranan tarixi şans Ermənistanın dalan dövlət statusundan qurtulması və real dövlətçilik ənənələri formalaşdırması üçün yeganə fürsətdir".

Mərahim Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 İyul 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see929

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see511

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see364

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see329

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see302

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see296

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see282

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see274

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see270

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see264

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see254

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see251

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see250

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see240

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see235

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see232

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see232

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see212

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see210

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri