Icma.az
close
up
RU
“Avropa ölkələri müharibəni bitirmək istəmirlər, çünki...”

“Avropa ölkələri müharibəni bitirmək istəmirlər, çünki...”

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakir Həsənbəyli: “Müharibə Rusiyanı hər ötən gün daha da zəiflədir”

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynada gedən müharibəni dayandırmağda maraqlı deyil. "Əgər o istəsəydi, bu böhran çoxdan sona çata bilərdi", - deyə Tramp fikrinə əlavə edib. Nəzərə alsaq ki, Macarıstanda ikinci Tramp – Putin görüşü hazırlıq mərhələsindədir və belə bir məqamda ABŞ prezidenti Rusiya lideri haqqında bu iddiada çıxış edir, o, zaman dünyanın maraq və həyacanla izlədiyi bu görüşə ehtiyac varmı? Bu sualla politoloq Bakir Həsənbəyliyə müraciət etdik.

Politoloq bildirib ki, Rusiya-Ukrayna müharibəsi II Dünya münaribəsindən sonra yeganə münaqişədir ki, məhz ilk günlərdə dünyada təchizat zəncirinin qırılmasına səbəb oldu. Bu münaqişədə nəinki az inkişaf etmiş və ya inkişaf etməkdə olan dövlətlər, hətta mütəmadi olaraq özünün maliyyə-iqtisadi resurslarının ən yüksək həddi ilə fəxr edən Avropa ölkələri belə ciddi itkilərlə üzləşdi. Təsadüfi deyil ki, Böyük Britaniyanın sabiq Baş naziri Boris Conson hakimiyyətdə olduğu dönəmdə “artıq ingilis xalqı inflyasiyanın bu həddinə dözə bilmir”, – deyə etirazını bildirmişdi. Halbuki həmin vaxt Böyük Britaniyada inflyasiya göstəricisi cəmi 9% idi. Və onu da, qeyd etmək yerinə düşərdi ki, Boris Conson bu münaqişənin əsas ideoloqlarından hesab olunur.

B.Həsənbəyli deyib ki, bir neçə ay sonra Rusiya – Ukrayna münaqişəsinin artıq 4 ili tamam olur. Bu kifayət qədər uzun və əksər sahələrdə itkilərlə müşayət olunan hadisədir. İngiis mətbuatının iddiasını nəzərə alsaq Rusiya müharibədə 1.3 milyon əsgərini itirib. Tank ehtiyatının 19%-i, artileriyanın 16%-i, hərbi avtomobil ehtiyatlarının isə cəmi 19%-i qalıb. Rusiya hökumətinin ehtiyat fondunun artıq 70%-ə qədərini müharibəyə xərclədiyi də iddialar arasındadır. Əslində söylənilən rəqəmlərdə həqiqət payının olması mümkündür. Çünki Rusiya Müdafiə nazirliyi hələ müharibənin ilk günlərində hərbi əməliyyatların günlük xərcinin 303 milyon ABŞ dolları olduğu haqqında məlumat vermişdilər. Bir müddət öncə verilən məlumatda isə bu rəqəmin günlük 372 ABŞ dollarına qədər yüksəldiyi qeyd olunur. Əslində müharibənin başladılmasında təbii katalizator rolu oynayan Qərb və Avropa dövlətlərinin əsas məqsədi də məhz Rusiyanın hərbi – iqtisadi itkilərinin olması konteksində zəiflədilməsi strategiyası idi: “Doğrudur, bu plan asta sürətli olsa belə mərhəllərlə işlədi. Rusiyanın xaricdəki yüz milyardlarla dollar məbləğndəki aktivləri qeyri-müəyyən vaxta qədər donduruldu. Xarici şirkətlər ölkəni tərk etdi. İşsizlik və kasıbliq səviyyəsi cəmi iki həftə ərzində 5%-dən, 12%-ə qədər artdı. Ölkə iqtisadiyyatı öz mövcudluğunu yalnız hərbi-sənaye üzərində fokslaşdırdı. Dövlət büdcəsinin 40%-i müharibənin davam edilməsinə yönəldi, 18 sanksiya paketinin tətbiqi nəinki siyasi, paralel olaraq iqtisadi münasibətlərdə Rusiya üçün ciddi problemlər yaratdı. 60 milyard dollarlıq silah satışı paketi stoplandı və s. Bu proses Rusiyanın əsas gəlir qaynağı olan enerji resurslarının realizəsi üçün də, ciddi problemlərin başlanğıc mərhələsi idi. Rusiya limanlarında yüklənən neft tankerləri Hindistan limanlarına çatana qədər hökumət hər barel üçün əlavə 10 ABŞ dolları əlavə vəsait xərcləmək məcburiyyətində qalır. Nəzrə alsaq ki, müharibənin ilk günlərindən və sanksiyaların tətbiqindən sonra Rusiya neftinin Hindistan və Çin tərəfindən alış qiyməti ənənəvi qiymətlərin 30%-i qədər az olması iddia olunur. Və Rusiya iqtisadiyyatının çökməməsi üçün hökumət sadəcə bu iqtisadi əməliyyata razı olmaq məcburiyyətindədir. Bütün yuxarıda qeyd etdiklərimizi nəzərə alsaq ABŞ prezidenti Donald Trampdan fərqli olaraq Avropa ölkələrinin liderləri Rusiyanın iştisadi çöküşünü və siyasi zəifliyni məhz Rusiya – Ukrayna konteksində izləməkdə maraqlıdır”. Politoloqun fikrincə, əslində bu proses İtaliyanın sabiq xarici işlər nazirinin, Fransa prezidentinin və Almaniya müdafiə nazirinin qeyd etdiyi kimi məhz Avropanın təhlükəsizliyi naminədir. Bu prosesdə Ukrayna dövlətinin və xalqının üzləşdiyi problemlər demək olar ki, nəzərə alnımır. Lakin ABŞ prezidenti Donald Tramp Avropa liderlərindən fərqli düşünür.

Rusiya-Ukrayna münaqişəsində sülh danışıqları üçün bütün təşəbbüsləri ABŞ öz üzərinə götürmək istəyir. Lakin Avropanın aparıcı dövlətləri də boş dayanmaq istəmir. Təsadüfi deyil ki, bir müddət əvvəl Fransa Prezidenti Emmanuel Makron müharibənin başa çatmasının Avropanın iştirakı ilə dördtərəfli görüşdə müzakirə olunmasını təklif etmişdi. Fransa prezidenti bildirirdi ki, Ukraynaya güclü ordu və Avropanın öhdəliklərini əhatə edəcək təhlükəsizlik zəmanətləri lazımdır. Əslində Makron təhlükəsizlik zəmanətlərindən danışanda bütün Avropa qitəsinin təhlükəsizliyini nəzərdə tutur. Və əlavə edir ki, məhz buna görə də biz Ukrayna ilə birlikdəyik. Makronun bu qənaəti əslində yuxarıda qeyd etdiklərimizdə mövqeyimizin doğruluğunun göstəricisdir: “Trampın siyası bəyənatları onun müharibəni bitirmək istəyi ilə bağlı fon yaradır. Vaşinqton sülh sazişində iki istəyinin reallaşmasını arzulayır. Birinci sülh sazişi Trampın patronajlığı ilə imzalansın, ikinci isə sülh sazişinin imzalanacağı günə qədər Rusiya və Ukrayna ABŞ-ın bütün tələblərini icra etsin. Avropanın aparıcı dövlətləri açıq müstəvidə olmasa da, Trampın bu planın icrasına qarşı hələ ki, gizli müqavimət göstərə bilirlər. Müharibənin bitməsini istəmirlər. Avropa liderləri Zelenski ilə yeni silahlanma barədə danışıqlar aparır. Çünki bu münaqişədən Qərb hələ öz istədiklərini tam ala bilməyib. Ona görə də münaqişənin uzanması Avropa üçün daha maraqlıdır. Son bəyanatlardan görsənən odur ki, Rusiya özünə sərfəli şərtlərlə müharibəni bitirmək istəyir. Bunun üçün hətta işğal etdiyi ərazilərin cüzi bir hissəsini geri qaytarmağa da, hazırdır. Çünki müharibə Rusiyanı hər ötən gün daha da zəiflədir. Üstəlik, Rusiya tədricən beynəlxalq oyunçu statusunu itirir. Bu prosesdə, səslənən bəyanatlarda heç bir tərəf Ukraynanın maraqlarını və Zelenskinin fikirlərini nəzərə almır. Hər tərəf Zelenskiyə öz istəklərini diqtə edir. Ukrayna lideri təzyiqlər nəticəsində dillemma qarşısındadır. Kimin hansı həddə qədər səmimi olduğunu ayırd edə bilməyən Zelenski məcburi şəkildə Avropaya sığınır. Avropa isə Ukraynanı sonu görünməyən müharibəyə təşviq edir. Belə bir məqamda Rusiya və ABŞ prezidentlərinin yaxın həftələrdə Macarıstanda görüş ehtimalı ciddi nəticə üçün tam miqyaslı uyğun şərtləri özündə ehtiva etmir. Gözlənilən görüşlə bağlı Avropadan dərhal reaksiya gəldi. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ və Rusiya prezidentlərinin Macarıstanda planlaşdırılan görüşünün Avropa ölkləri tərəfindən xoş qaşılanmadığını bildirdi. Məsləyə bu istiqamətdən də, nəzər salsaq, o, zaman aydın olur ki, Rusiya – Ukrayna müharibəsinin Almaniya müdafiə nazirinin iddia etdiyi ki, hələ 10 il də, davam edəcəyini yox, lakin 2026-ci ilə qədər sülhün əldə olunmayacağını söyləmək olar”.

Cavid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 22 Oktyabr 2025 23:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see529

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see396

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see295

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see290

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see289

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see284

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see276

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see259

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see257

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see253

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see246

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see234

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see227

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see220

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see220

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see200

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see191

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see184

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see181

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri