Icma.az
close
up
RU
“PUTİN MÜHARİBƏNİ BİTİRMƏYƏCƏK, ÇÜNKİ...” Tramp Avropa liderlərinə nəyi etiraf edib?

“PUTİN MÜHARİBƏNİ BİTİRMƏYƏCƏK, ÇÜNKİ...” Tramp Avropa liderlərinə nəyi etiraf edib?

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp ziddiyyyətli, səhər bir, axşamsa başqa cür bəyanatlar verməklə öz xarici siyasətinin nə qədər qeyri-ciddi, effektsiz, peşəkarlıqdan və məntiqdən uzaq xarakter daşıdığını, onun sözünün və vədlərinin isə əksər hallarda heç bir dəyər kəsb etmədiyini nümayiş etdirməkdədir.

Hurriyyet.az xəbər verir ki, nüfuzlu “The Wall Street Journal” nəşrinin məlumatlı mənbələrə istinadla yazdığına görə, Tramp Avropa liderlərinə Ukrayna məsələsində Putinlə anlaşa bilmədiyini etiraf edib, bununla yanaşı, Rusiyaya qarşı sanksiyaları və təzyiqi də artırmayacağını deyib. Tramp

Avropa liderlərinə deyib ki, Vladimir Putin müharibəni bitirməyi düşünmür, çünki özünü qalib hesab edir.

Nəşr yazır ki, Tramp bu faktı ilk dəfə birbaşa etiraf edib: "Bu etiraf Avropa liderlərinin Putin haqqında çoxdan başa düşdüyü bir şey idi, lakin onlar bunu ilk dəfə idi ki, Trampdan da eşitdilər. Bu, həm də Trampın tez-tez açıq şəkildə söylədiyi fikirlərlə ziddiyyət təşkil edir. O, bundan öncə dəfələrlə Putinin həqiqətən sülh istədiyinə inandığını demişdi".

Qəzetin mənbələrinin məlumatına görə, bazar günü - Putinlə söhbətdən bir gün əvvəl Tramp Avropa liderləri ilə görüş keçirib və söhbət zamanı Putin atəşi dayandırmaqdan imtina edərsə, sanksiyalar tətbiq edə biləcəyini açıqlayıb. Lakin bazar ertəsi o, yenidən fikrini dəyişib, planlarından əl çəkib və bunun əvəzinə Vatikanda Rusiya və Ukrayna arasında daha aşağı səviyyəli danışıqlara keçmək istədiyini söyləyib.

Nəşr qeyd edir ki, eyni zamanda avropalılar bu vəziyyətdə bəzi üstünlüklər də görürlər. Belə ki, artıq Putinin mövqeyi hamıya, o cümlədən Trampa aydın olub: “Putin, indiki mərhələdə müharibəni bitirmək istəmir. Avropalılar üçün bu, Ukraynaya dəstəyin indi əsasən onlardan asılı olduğunu vurğulamağa kömək edir. Avropalılar inanmır ki, bundan sonra Tramp administrasiyası Avropa və ya Ukrayna pul ödədiyi müddətcə Amerika silahlarının ixracını dayandırsın”.

AzPolitika.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 22 May 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri