“Avropa ölkələri Ukraynada müharibənin bitməsində maraqlı deyil” SİYASİ ŞƏRHÇİ
Icma.az, Gununsesi portalına istinadən məlumat verir.
“Rusiya-Ukrayna müharibəsi Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik siyasətində ciddi transformasiyalara səbəb oldu. Bu savaş, həmçinin “Soyuq müharibə”dən sonrakı dövrdə formalaşmış davamlı sabitlik anlayışını sarsıdaraq, Avropanın təhlükəsizlik arxitekturasına yenidən baxılması üçün kritik dönüş nöqtəsinə çevrildi”.
Bu sözləri Gununsesi.info-ya siyasi şərhçi Elmir Səftərov Rusiya-Ukrayna müharibəsinin Avropa İttifaqının xarici və təhlükəsizlik siyasətinə təsirini şərh edərkən bildirib.
“Müharibə göstərdi ki, Aİ Ukraynaya hərtərəfli dəstək verir və onun müdafiə qabiliyyətini gücləndirmək üçün əhəmiyyətli addımlar atır. Eyni zamanda, İttifaq uzunmüddətli müharibə ehtimalına uyğunlaşmaq üçün siyasi və strateji imkanlarını da genişləndirməyə çalışır.
Görünən odur ki, Avropa İttifaqı ölkələri Ukraynada müharibənin bitməsində maraqlı olmaqdan çox, rəsmi Kremli mümkün qədər zəiflətməyə və ölkədə iqtisadi böhran yaratmağa çalışırlar”.
Siyasi şərhçinin fikrincə Aİ-nin müharibədəki bu səyləri transatlantik məkanında geosiyasi əhəmiyyətini daha da artırmağa yönəlib:
“Digər tərəfdən, Rusiya-Ukrayna savaşı Aİ-nin vahid reaksiya formalaşdırılmasına yardım etdi, qlobal oyunçu kimi mövcudluğu artırdı. Avropa İttifaqı bu savaşı qlobal miqyasda öz maraqlarını və dəyərlərini yüksəlmək şansı kimi də qəbul edir”.
Şəbnəm Rəhimova


