Icma.az
close
up
RU
Sosial şəbəkələr neytral deyil Siyasi şərhçi

Sosial şəbəkələr neytral deyil Siyasi şərhçi

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"XXI əsrdə valideyn nəzarəti evin qapısından internetin qapısına qədər uzanmalıdır"Ekspert: "Güclü dövlət yalnız sərhədləri deyil, uşaqların rəqəmsal təhlükəsizliyini də qorumalıdır"

“Prezident İlham Əliyevin "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna edilən dəyişikliklərin tətbiqi ilə bağlı imzaladığı Fərman Azərbaycanda rəqəmsal təhlükəsizliyin yeni mərhələsinə keçidin göstəricisidir.

Platformalarda istifadəçilərin qeydiyyatına dair yeni tələblər bəzi çevrələrdə yalnız texniki yenilik kimi qiymətləndirilsə də, əslində, bu qərarın daha dərin sosial və təhlükəsizlik məzmunu var. Bu dəyişikliklər, ilk növbədə, rəqəmsal mühitdə məsuliyyətin artırılmasına, anonimlikdən sui-istifadənin məhdudlaşdırılmasına və ən əsası, uşaqların virtual aləmdə daha etibarlı şəkildə qorunmasına xidmət edir”.

Sherg.az xəbər verir ki, bu barədə "İslahatçı Gənclər" İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı məlumat verib.

F. Şahbazlının sözlərinə görə, indiyə qədər valideynlər övladlarının küçədə hansı insanlarla ünsiyyət qurduqlarına, hansı məktəbdə oxuduqlarına və harada vaxt keçirdiklərinə görə narahat olurdular. İndi isə dünyanın ən böyük "küçəsi" cib telefonlarının ekranındadır:

“Uşaq evdə, valideyninin gözünün qarşısında otursa belə, saniyələr ərzində zorakılığı təbliğ edən görüntülərlə, saxta məlumatlarla, kibertəzyiqlə, təhlükəli çağırışlarla və psixoloji manipulyasiya üsulları ilə üz-üzə qala bilər. Bu isə göstərir ki, XXI əsrdə valideyn nəzarəti yalnız evin qapısına qədər deyil, internetin qapısına qədər uzanmalıdır.

Sosial şəbəkələr neytral platformalar deyil. Onlar milyardlarla dollar gəlir əldə edən, insan davranışını analiz edən və istifadəçini mümkün qədər uzun müddət ekranda saxlamağa çalışan mürəkkəb alqoritmlər üzərində qurulub. Bu sistemlər yetkin insanın belə emosiyalarını idarə etməyə çalışırsa, formalaşmaqda olan uşaq psixologiyasına təsirinin nə qədər böyük olduğunu təsəvvür etmək çətin deyil.

Ən böyük təhlükə də məhz budur: uşaqlar artıq təkcə informasiya istehlakçısı deyil, həm də alqoritmlərin öyrəndiyi, yönləndirdiyi və təsir göstərdiyi auditoriyaya çevrilirlər.

Bəzən "uşaqlara qadağa qoymaq olmaz" arqumenti səsləndirilir. Əslində isə burada söhbət qadağadan yox, məsuliyyətdən gedir. Cəmiyyət necə ki, azyaşlıya avtomobil idarə etməyə, tütün və alkoqol almağa, yaxud müəyyən yaş həddinə qədər əmək fəaliyyətinə başlamağa icazə vermir, eyni yanaşma rəqəmsal mühitdə də tətbiq edilməlidir. Çünki psixoloji travmanın izi bəzən fiziki travmadan daha uzunömürlü olur”.

Birlik sədri hesab edir ki, yaş məhdudiyyəti problemin yeganə həlli deyil. Əgər ailədə rəqəmsal tərbiyə yoxdursa, məktəbdə media və informasiya savadlılığı öyrədilmirsə, valideyn uşağın internetdə nə ilə məşğul olduğunu bilmirsə, təkcə qanun bütün riskləri aradan qaldıra bilməz.

Buna görə dövlətin hüquqi addımları valideyn məsuliyyəti, məktəblərin maarifləndirici fəaliyyəti və platformaların sosial məsuliyyəti ilə tamamlanmalıdır:

“Bu gün dünyanın inkişaf etmiş ölkələri də eyni problemlə üz-üzədir. Bir çox dövlətlər sosial şəbəkələrdə yaşın təsdiqlənməsi, valideyn razılığı və uşaqların şəxsi məlumatlarının qorunması ilə bağlı daha sərt qaydalar tətbiq edir. Çünki artıq anlayırlar ki, rəqəmsal təhlükəsizlik kiberməkanda serverləri qorumaqdan ibarət deyil. Ən vacib məsələ insanı, xüsusilə də uşağı qorumaqdır.

Unutmayaq ki, bugünkü uşaq sabahın vətəndaşıdır. Əgər biz onun fiziki sağlamlığına, təhsilinə və mənəvi inkişafına diqqət yetiririksə, rəqəmsal sağlamlığını da eyni dərəcədə önəmli hesab etməliyik. Çünki gələcəyin ən böyük təhlükələri yalnız küçələrdə deyil, ekranların arxasında gizlənə bilər.

Rəqəmsal dövrdə güclü dövlət anlayışı da dəyişir. Güclü dövlət təkcə sərhədlərini qoruyan deyil, həm də uşaqlarının təhlükəsiz böyüdüyü rəqəmsal mühit formalaşdıran dövlətdir. Prezidentin imzaladığı Fərman da məhz bu baxımdan qiymətləndirilməli, gələcəyin informasiya təhlükəsizliyinə və sağlam nəslin yetişməsinə yönəlmiş strateji addım kimi dəyərləndirilməlidir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 Avqust 2026 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see368

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see343

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see338

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see329

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see300

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see296

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see275

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see257

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see244

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see236

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see229

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see219

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see205

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see200

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see199

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see187

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see185

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see183

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri