Icma.az
close
up
RU
“Avropa oyanır, NATO Rusiyaya qarşı sərt cavab axtarır“ “The Washington Post“

“Avropa oyanır, NATO Rusiyaya qarşı sərt cavab axtarır“ “The Washington Post“

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"ABŞ-ın qeyri-müəyyən mövqeyi və Rusiyanın təxribatları Avropanı özünə güvənməyə və hava məkanını daha qətiyyətlə qorumağa məcbur edir..."

Avropa nəhayət, öz təhlükəsizliyi üçün məsuliyyəti üzərinə götürməyə başlayır. ABŞ prezidenti Donald Trampın ziddiyyətli bəyanatları Avropa paytaxtlarını daha ciddi addımlar atmağa vadar edib.

Moderator.az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri yazıb.

Avropanın ayılması və Tramp amili

Nəşr qeyd edir ki, xüsusən də Trampın "Rusiya təyyarələri vurulmalıdır, amma ABŞ-ın iştirakı vəziyyətdən asılıdır" kimi cavabları müttəfiqlərdə inamsızlıq yaradıb.

Avropalı siyasətçilər artıq üç əsas istiqamətdə hərəkətə keçib:

- Moskva ilə keçirilən görüşdə ruslara açıq mesaj verilib - Avropa hava məkanına daxil olan hərbi təyyarə vurulacaq.

- "Dronlardan sədd" təşəbbüsü çərçivəsində ilk planlaşdırma görüşü keçirilib, burada Ukrayna bərabər tərəfdaş, NATO isə müşahidəçi qismində iştirak edib.

- Almaniya 2026-cı ildə müdafiəyə rekord 90 milyard dollar ayıracağını elan edib, vəsaitin əsas hissəsi Avropa istehsalı silahlara yönləndiriləcək.

Ukraynanın təcrübəsi və NATO-nun öyrəndikləri

"Deutsche Welle" nəşrinin məlumatına görə, NATO Ukraynanın müharibə təcrübəsini diqqətlə izləyir və tətbiq edir. Ukrayna ordusu Rusiyanın dərinliklərindəki hədəflərə daha dəqiq və effektiv zərbələr endirməyi öyrənib. NATO rəsmisi, general-mayor Mayk Keller etiraf edir ki, bu bilikdən yalnız Kiyev deyil, bütün Avropa orduları faydalanır. Xüsusən də dron texnologiyaları və onlara qarşı müdafiə sistemləri diqqət mərkəzindədir. Almaniya artıq baraj tipli sursatlar sifariş edib və yaxın vaxtlarda pilotsuz aparatlara qarşı yeni HHM sistemlərini yerləşdirməyi planlaşdırır.

Kopenhagen sammiti və alman dəstəyi

Artan dron təxribatları fonunda Danimarka Almaniyadan kömək istəyib. Bundensver Kopenhageni Avropa İttifaqının qeyri-rəsmi sammiti zamanı pilotsuz uçuş aparatlarından qorumaq üçün hərbi qüvvə göndərəcək. Berlinin bu addımı Avropa həmrəyliyinin praktiki göstəricisi kimi qiymətləndirilir. Son günlər Danimarka hava limanları və hərbi obyektləri üzərində naməlum dronların uçuşu dəfələrlə qeydə alınıb. Hətta Kopenhagen hava limanı müvəqqəti bağlanmalı olub. Baş nazir Mette Frederiksen bunu "hibrid hücum" adlandırıb. Ekspertlər bu təxribatların arxasında Moskvanın ola biləcəyini istisna etmir.

NATO-nun sərtləşən mövqeyi

Riqada toplaşan NATO Hərbi Komitəsi isə Rusiyanın son həftələrdəki hava məkanı pozuntularına daha sərt cavab veriləcəyini bəyan edib. Komitə sədri admiral Cuzeppe Kavo Draqone Rusiyanın addımlarını "təhlükəli və məsuliyyətsiz" adlandıraraq onların 1939-cu ildə Baltik ölkələrinin hava məkanının pozulması ilə paralellər aparıb. Latviya prezidenti Edqars Rinkeviçs də toplantıda söz alaraq NATO-ya çağırış edib: hava məkanının monitorinq missiyası real hava hücumundan müdafiə mexanizminə çevrilməlidir.

Avropa özünə güvənməyi öyrənir

Rusiyanın təxribatları, ABŞ-ın qeyri-müəyyən siyasəti və Ukraynanın savaş təcrübəsi Avropanı təhlükəsizlikdə yeni mərhələyə keçirib. Berlindən Kopenhagenə, Riqadan Brüsselə qədər bir mesaj səslənir: Avropa artıq yalnız müşahidəçi deyil, öz taleyinin əsas təminatçısıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://moderator.az
archiveBu xəbər 28 Sentyabr 2025 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri