Icma.az
close
up
RU
Avropa Parlamenti ilə əməkdaşlığın mənası qalmayıb Qüdrət Həsənquliyev

Avropa Parlamenti ilə əməkdaşlığın mənası qalmayıb Qüdrət Həsənquliyev

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.
Xalqcəbhəsi.az müsahibəni təqdim edir:
- Qüdrət bəy, Milli Məclisin Avropa Parlamenti ilə əlaqədar qəbul etdiyi qərara münasibətinizi bilmək istərdik...

- Avropa Parlamenti Azərbaycana qarşı sistemli olaraq ədalətsiz və münasibətlərə ziyan vuran qərarlar qəbul eidr. Növbəti belə bir qərar 30 aprel tarixində qəbul olunub. Ermənistanla sülh sazişi Vaşinqtonda paraflanandan sonra çoxları düşünürdü ki, Avropa parlamenti mövqeyini dəyişə, sülhə töhfə verə bilər. Amma belə olmadı. Bizim bir el misalı var "it əl çəkdi, amma motal əl çəkmədi". İndi Ermənistan Azərbaycanla sülh prosesini irəli aparmaq istəyir, amma Acropa Parlamenti əl çəkmir, revanşistləri stimullaşdıran təxribat xarakterli qəaralar qəbul edir. Ermənistanla münaqişə dövründə Qərbin çox ədalətsiz və beynəlxalq hüququ ayaqlar altına atan ikili standartlar siyasəti ilə üzləşmişik. Həmişə deyirəm ki, Qarabağda separatizmin alovlandırılmasında və onun qanlı savaşa çevrilməsində, tökülən qanlarda o vaxatkı Ermənistanın və Sovet İttifaqının rəhbərliyi ilə yanaşı Qərbin də böyük günahı var. Onlar separatizmi və işğalı qınamadılar. İşğalçı Ermənistana yox, bizə sanksiya tətbiq etdilər. Xocalı soyqırımını törətdiyinə görə fəxr etdiyini deyən Ermənistan prezidenti Sarkisyan və həmin insanlıq əleyhinə olan qanlı cinayətin digər iştirakçılarının üzərində beynəlxalq tribunalın qrulmasını tələb etmək əvəzinə AŞPA-nın sesiyasında onu ayaq üstündə alqışladılar. Milli Məclisin iclasında həm sipiker, həm deputat həmkarlarım bu barədə geniş danışdılar. Sifarişlə, islamafob və rüşvət qarşılığında başqa maraqlara xidmət edən, təzyiq alətinə çevrilmiş Avropa Parlamenti ilə əməkdaşlığın davam etdirilməsinin artıq mənası qalmayıb. Görünür onları həm də Rusiya ilə münasibətlərin bərpa olunması istiqamətində atılan addımlar və ABŞ Prezidenti ilə isti əlaqələr də ciddi narahat edir.

- Milli Məclisin qərarından və Xarici İşlər Nazirliyinin təqdim etdiyi notadan sonra Avropa Parlamenti öz mövqeyini dəyişə bilərmi?

- Onlar bir dəfə 2015-ci ildə bu barədə söz versələr də, sözlərini tutmadılar. Hər şey onlardan asılıdır. Azərbaycan Avropa İttifaqı ilə əlaqələri inkişaf etdirməkdə həmişə maraqlı olub.

- Münasibətlərin pozulması bizə hansı ziyanı vura bilər?

- Bizim Avropa İttifaqının 9 ölkəsi ilə strateji tərəfdaşlığa dair sazişimiz var. Azərbaycan Avropanın enerji təhlükəsizliyində müəyyən rol oynayır və ABŞ-İran savaşı səbəbindən körfəz ölkələrindən neft ixracında problem yarandığı üçün hazırda onların bizə daha çox ehtiyacı var. Azərbaycan onlardan tələb etmir ki, biz sizə enerji daşıyıcıları satdığımız üçün susun. Azrbaycan tələb edir ki, ikili standartlar siyasətinə son qoyun və bizə münasibətdə ədalətli olun. Yeri gəlmişkən onu da deyim ki, mən onların yanlış informasiyalar əsasında bizə qarşı ədalətsiz qərarlar qəbul etməsi barədə deyilənləri də qəbul etmirəm. Onlar regionda və Azrbaycanla bağlı baş verənləri çox gözəl başa düşürlər. Parlamentarilərin bir qismi bunu öz hökumətlərinin tapşırığı əsasında, bir qismi rüşvət, bir qismi isə islamafobik baxışlarına görə edir. Avropa Parlamenti ilə əməkdaşlıqdan imtina bütövlükdə Avropa İttifaqı ilə əməkdaşlığa son qoymaq demək deyil.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 01 May 2026 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri