Icma.az
close
up
RU
Qüdrət Həsənquliyev 60!

Qüdrət Həsənquliyev 60!

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

38 illik mübarizə, 35 illik siyasi fəaliyyət, 22 illik Parlament! Və 22 illik gənclik, tələbəlik, əsgərlik!

Bütün bunları 60 illik bir ömrə hər kişi yerləşdirə bilər, amma ŞƏRƏFLƏ yerləşdirmək hər kişinin işi deyil!

Ondan başlamayacam ki, mən Qüdrət Həsənquliyevi nə vaxtdan tanıyıram. Və onu da deməyəcəm ki, 1993-cü ildən bu günə qədər nə fikirlərimiz, nə də YOLlarımız heç ayrılmadı! Heç onu da deməyəcəm ki, bu illər ərzində ayrı-ayrı məkanlarda və ayrı-ayrı məqamlarda eyni amal uğrunda vuruşduq, mübarizə apardıq, dövləti qoruduq, müdafiəyə çəkildik, hücuma keçdik. Çünki bunları hamı edə bilərdi və edənlər də çoxdur. Onu deyəcəm ki, Qüdrət Həsənquliyev olduğu komandada da, yaratdığı komandada da Şərəflə, Namusla, Vicdanla, Əxlaqla və ən əsası öz işi ilə etdi bunları! Ailədə valideynlərindən, kənddə ağsaqqallarından, məktəbdə müəllimlərindən aldığı tərbiyə ilə nail oldu bütün bunlara! Təkcə bunlarlamı formalaşıb bu İnsan?! Əsla, Qüdrət bəyin bəxtinə Əbülfəz Elçibəylə bir komandada olmaq düşdü və onun milli, əxlaqi, humanist dəyərlərini özündə daşıyan sağlam həyata baxışı formalaşdırdı. Onun Heydər Əliyevin çətin, ağrılı-acılı kataklizm dolu hakimiyyəti dövründən həyata siyasi baxışları formalaşdı! Onun Məmməd Əmin Rəsulzadə irsinə sadiqliyi formalaşdı!

Və bu səbədəndir ki, Qüdrət Həsənquliyev bu gün namuslu bir İNSAN, sağlam düşüncəyə malik siyasi xadim, dəyərli millət vəkili kimi cəmiyyətdə özünəməxsus yer tutur və kimsənin onun fəaliyyətinə zərrə qədər şübhəsi yoxdur!

Qüdrət Həsənquliyevin Dövlət, Vətən, Millət qarşısında xidmətləri çoxdur! Bu xidmətlər onun təkcə keçmiş mübarizələrinin təntənəsi deyil, eyni zamanda gələcək nəsillərə örnək olacaq əvəzsiz bir həyat məktəbidir!

Hörmətli Qüdrət Bəy! Hörmətli Sədrim! Dəyərli millət vəkilim!
Siz təkcə partiya sədri, millət vəkili, siyasi kimlik daşıyan xadim deyil, həm də insanlara dəstək olmağı və onların problemlərini həll etmək üçün fəaliyyət göstərməyi həyat amalı seçmiş bir şəxsiyyətsiniz! Siz, dostlarınızın və Sizə müraciət edən hər kəsin ağrısını öz bədəninizdə hiss edən Şərəfli bir DOSTsunuz!!!

Sizi 60 illik yubileyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edir, uzun ömür, möhkəm can sağlığı, yeni-yeni nailiyyətlər və ətrafınızda daim Sizi sevən insanların olmasını arzulayıram! Azərbaycanımızın işıqlı sabahı naminə həyata keçirdiyiniz bütün təşəbbüslərinizdə hər zaman uğur yol yoldaşınız olsun.

Dərin hörmətlə,

ƏHD Sədrinin müavini, “Elçi” qəzetinin baş redaktoru Əli Həziquliyev.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:270
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 28 Yanvar 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see269

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see184

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see181

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see177

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see175

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see174

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see172

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see171

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see169

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see168

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see162

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri