Avropa Parlamenti İranda polis idarəsində ölən Məhsa Əmininin xatirəsini ehtiramla yad edib
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Avropa Parlamenti İranda polis idarəsində komaya düşən, sonra isə ölən 22 yaşlı Məhsa Əmininin ölümünün üçüncü ildönümü və "Qadın, Həyat, Azadlıq" hərəkatının başlanması ilə bağlı xüsusi iclas keçirib. İclasda beynəlxalq nümayəndə heyətləri və vətəndaş cəmiyyəti fəalları iştirak ediblər.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May Sato qeyd edib ki, ölkədə edam dalğası davam edir. Onun sözlərinə görə, 2025-ci ilin sonuna qədər edamların sayı 1200-ə çata bilər ki, onların da əhəmiyyətli bir hissəsi "Qadın, Həyat, Azadlıq" hərəkatı ilə əlaqəli etirazçılar və siyasi məhbuslardır.
Almaniya parlamentinin üzvü Hanna Noyman vurğulayıb ki, təkcə son 9 ayda İranda təxminən 1000 nəfər, bəzən sadəcə etiraz şüarı səsləndirdiyinə görə edam edilib.
Xatırladaq ki, Məhsa Əmini 2022-ci il sentyabrın 16-da islami geyim qaydalarını pozduğuna görə İranın dini polisi tərəfindən həbs olunduqdan sonra vəfat edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 25 Sentyabr 2025 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















