Icma.az
close
up
RU
Məhsa Əmininin ölümündən sonra başlayan dalğa Qadın, həyat, azadlıq ... İranda yeni dövr başlayır?

Məhsa Əmininin ölümündən sonra başlayan dalğa Qadın, həyat, azadlıq ... İranda yeni dövr başlayır?

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

İranda illərlə davam edən məcburi hicab tələbi ölkə daxilində ən çox müzakirə edilən və gərginlik yaradan mövzulardan biri olub. Son açıqlamalar isə vəziyyətin dəyişdiyinə işarə edir. İran Məsləhət Şurasının üzvü Məhəmmədrza Bahonərin sözlərinə görə, artıq hicab taxmaqla bağlı cəza və inzibati tədbirlərin icrası hüquqi baxımdan mümkün deyil. Onun “Bu məsələ ilə bağlı polislərə də bəyan edilsin” fikri, ölkədə uzun illərdən bəri hökm sürən sərt qanunun praktiki olaraq qüvvədən düşməsi kimi qiymətləndirilir.

Dəyişiklik haradan qaynaqlanır?

İran cəmiyyətində son illərdə baş verən proseslər, xüsusilə 2022-ci ildə Məhsa Əmininin ölümündən sonra başlayan kütləvi etirazlar dövlətin ictimai nəzarət siyasətinə qarşı kəskin etiraz dalğası yaratdı. “Qadın, həyat, azadlıq” şüarı ölkə hüdudlarını aşaraq bütün dünyada səsləndi. Bu hadisələrdən sonra hökumət müəyyən dövrdə sərt tədbirləri daha da gücləndirsə də, sosial təzyiqin və beynəlxalq reaksiyaların artması nəticəsində siyasi sistem daxilində yeni düşüncə tərzi formalaşmağa başladı. Prezident Məsud Pezeşkianın “zorla heç bir nəticə əldə edilə bilməz” sözləri bu dəyişimin açıq etirafı idi.

İslahatların başlanğıcı, yoxsa taktiki addım?

Mütəxəssislər arasında bu açıqlamanın mahiyyəti barədə fərqli fikirlər var. Bəziləri hesab edir ki, bu, İranın sosial gərginliyi azaltmaq və Qərblə münasibətləri yumşaltmaq üçün atdığı taktiki addımdır. Digərləri isə bunu ölkədə reformistlərin güclənməsi və cəmiyyətin təzyiq gücünün nəticəsi kimi qiymətləndirirlər.

Siyasi analitiklərin fikrincə, məcburi hicabın aradan qaldırılması yalnız dini məsələ deyil, həm də siyasi sistemin xalqla münasibətlərində dönüş nöqtəsi ola bilər. Çünki bu qərar, İranda dərin sosial bölünmələr yaradan bir məsələni yumşaldır və fərdi azadlıqların genişlənməsi üçün presedent yaradır.

İran qadınları üçün simvolik dönüş

İran qadınları üçün hicab təkcə geyim deyil, mübarizə və kimlik simvoluna çevrilib. Bir tərəfdə onu inancın tərkib hissəsi kimi qəbul edənlər, digərində isə şəxsi seçim azadlığını müdafiə edənlər dayanır.

Son açıqlama, uzun illər “məcburi itaət” altında yaşayan qadınlar üçün ictimai azadlığın ilk rüzgarı kimi qarşılanır. Bununla belə, bir çox qadın hüquqları fəalları xəbərdarlıq edir ki, qanunun icrası dayandırılsa belə, mədəni və sosial təzyiqlər hələ də qalmaqdadır. Çünki hicab məsələsi İran cəmiyyətində təkcə dövlət qərarı ilə deyil, həm də dərin ictimai münasibətlərlə bağlıdır.

İranda məcburi hicab qanununun icrasının dayandırılması yalnız hüquqi qərar deyil, cəmiyyətin öz istəyi ilə formalaşan yeni reallığın təsdiqidir. Bu, həm də İranın gələcək inkişaf istiqaməti barədə mühüm siqnaldır: xalqın səsini nəzərə almadan davam etmək mümkün deyil. Əgər bu proses ardıcıl islahatlarla müşayiət olunarsa, İran doğrudan da yeni dövrə qədəm qoya bilər.

Leyla Mirzə, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 08 Oktyabr 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri