Icma.az
close
up
RU
Avropa Parlamentində Fransaya sərt ittiham: “Uşaqlar şikəst edilir”

Avropa Parlamentində Fransaya sərt ittiham: “Uşaqlar şikəst edilir”

Icma.az bildirir, Azxeber.com portalına istinadən.

Avropa Parlamentinin fransalı deputatı Emma Fourreau Fransada günlərdir davam edən lisey şagirdlərinin etirazları ilə bağlı parlamentdə sərt çıxış edib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Fourreau Strasburqda keçirilən AP Baş Assambleyasının iclasında Fransa hakimiyyətini etirazlar zamanı yetkinlik yaşına çatmayanlara qarşı polis zorakılığında ittiham edib.

"Fransa uşaqlarını şikəst edir”, - deyə deputat bildirib.

Fourreau etirazlar zamanı Tours şəhərində bir şagirdin gözünü itirdiyini, Saint-Ouen l'Aumone şəhərində bir şagirdin çənəsinin sındığını, Lensdə isə bir uşağın əlini itirdiyini söyləyib. O, Belfortda polisin bir şagirdi suda boğmağa cəhd göstərdiyi iddiasını da səsləndirib.

Deputat etirazlar zamanı 190 yetkinlik yaşına çatmayan şəxsin yaralandığını iddia edib və bununla bağlı Fransanın daxili işlər naziri Laurent Nunezi məsul tutub.

Fourreau 14-16 yaşlı şagirdlərin yalnız normal təhsil şəraiti tələb etdiyini bildirib. Onun sözlərinə görə, bəzi məktəblərdə yağış zamanı tavanlar çökür, tualetlərin qapıları yoxdur, siniflərdə isə 40-a yaxın şagirdin olduğu və lazımi şəraitin təmin edilmədiyi hallar mövcuddur.

Deputat Fransa hökumətini gəncləri uzun illərdir diqqətdən kənarda saxlamaqda və dövlət təhsil sistemini zəiflətməkdə ittiham edib.

Qeyd edək ki, Fransanın daxili işlər naziri Laurent Nunez oktyabrın 2-də TF1 telekanalına açıqlamasında lisey aksiyaları ilə bağlı hüquq-mühafizə orqanlarına "təmkinli davranmaq” göstərişi vermədiyini bildirib. Bu açıqlama ölkədə müxalifətin etirazına səbəb olub.

Gülay

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 06 Oktyabr 2026 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see353

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see340

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see327

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see320

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see313

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see302

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see294

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see289

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see260

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see245

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see240

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see228

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see224

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see208

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see199

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see197

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see192

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri