Icma.az
close
up
RU
“Avropa Parlamentinin bu məsələdə canfəşanlıq etməsi suallar doğurur”

“Avropa Parlamentinin bu məsələdə canfəşanlıq etməsi suallar doğurur”

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Hazırda Cənubi Qafqazda dayanıqlı sülhün və sabitliyin təmin olunması üçün əlverişli mühit yaranıb. Ötən ilin avqustunda Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanmasından sonra tərəflər arasında etimadın formalaşması üçün addımlar atılır. Lakin müəyyən xarici dairələr regionumuzda sülhün təmin olunmasına maraqlı deyil. Bu səbəbdən də, Azərbaycanla Ermənistan arasında yenidən gərginlik yaratmağa xidmət edən mövqe sərgiləyirlər”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, ölkəmizə qarşı daim qərəzli mövqe nümayiş etdirən təşkilatlardan biri Avropa Parlamentidir.

Torpaqlarımız işğal altında olanda təcavüzkar Ermənistana qarşı heç bir addım atmayan bu təşkilat ölkəmizi “insan hüquqları və demokratiya” bəhanəsi ilə hədəfə alırdı. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Ermənistanın “vəkili” rolunda çıxış etməklə Avropa Parlamenti gerçək simasını aşkara çıxardı.

Onun sözlərinə görə, Avropa Parlamentinin son plenar sessiyasında da ölkəmizə qarşı növbəti qətnamənin qəbul olunması isə təşkilatın riyakarlığını bir daha üzə çıxarır. Avropa parlamentariləri guya ölkəmizdə “siyasi məhbusların” olduğunu, insan haqlarının pozulduğunu iddia ediblər. Hətta onlar müharibə cinayətləri törətmiş erməni əsilli məhbusları müdafiə etməkdən də çəkinməyiblər. Bütün bunlar isə təkcə ikili standarların deyil, bəşəri dəyərlərin ayaqlar altına atılmasıdır. Nəzərə alaq ki, Ermənistan parlamentinin mühakimə edilən erməni canilərlə bağlı hər hansı qətnaməsi olmadığı halda, Avropa Parlamentinin bu məsələdə canfəşanlıq etməsi suallar doğurur.

Millət vəkili deyib ki, ölkəmizdə insan hüquqları yüksək səviyyədə qorunur, humanizm siyasəti davamlı olaraq həyata keçirilir. Prezident İlham Əliyevin əfv sərəncamları və qəbul olunmuş amnistiya aktları da bunun bariz nümunəsidir.

Samir Vəliyev qeyd edib ki, təşkilatın qətnamələrinin ölkəmizə qarşı heç bir siyasi, iqtisadi və digər təsir gücü yoxdur. Son zamanlar Avropa Parlamentinin rəhbərliyində korrupsiya faktlarının aşkar olunması, bu təşkilatın sifarişlər əsasında qətnamələr hazırlamasının bariz nümunəsi kimi qiymətləndirilməlidir. İkili standartlar, reallıqları gözə almamaq və işğalçıya dəstək artıq çoxdan bu təşkilatın fəaliyyət prinsipinin əsasını təşkil edir.

“Artıq Milli Məclis may ayında Avropa Parlamenti ilə bütün əlaqələrin dayandırılması haqqında qərar qəbul edib. Milli Məclis təşkilatın son qətnaməsinə də münasibət bildirib. Milli Məclis Avropa Parlamentini ölkəmizlə qarşıdurma ritorikasından əl çəkməyə, dövlətimizin daxili işlərinə qarışmamağa çağırıb. Eyni zamanda, bəyan edib ki, heç bir qüvvə Azərbaycanı demokratik inkişaf yolundan döndərə bilməz. Azərbaycan dünyada nüfuzlu dövlətdir. Ölkəmiz Avropa İttifaqı ilə fəal əməkdaşlıq edir. Bütün bunların fonunda  Avropa Parlamenti Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq üçün uğursuz cəhdlər edir. Amma unutmamalıdırlar ki, dövlətimiz güclüdür və heç bir qüvvə bizimlə diqtə dilində danışa bilməz!”, - deyə deputat vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 08 Oktyabr 2026 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see349

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see271

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see225

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see220

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see215

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see214

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see210

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see210

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see199

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see198

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see197

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see189

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see184

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see181

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see179

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see171

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri