Icma.az
close
up
RU
Avropa Parlamentinin Azərbaycan qərəzi RƏY

Avropa Parlamentinin Azərbaycan qərəzi RƏY

Icma.az, Operativ MM portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa Parlamentinin (AP) ölkəmizə qarşı növbəti qətnaməsinin qəbulu ilk qərəzli sənəd deyil. Müstəqillik dövrümüzdə də həmin təşkilat dəfələrlə bu tipli sənədlər qəbul edib və Ermənistanın işğalçılıq siyasətinin davam etdiyi illərdə də Avropa Parlamenti təcavüzkar rolunda çıxış edən Ermənistanın vəkili qismində özünü təsdiqləmişdir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra bu təşkilat ölkəmizə qarşı düşmən mövqeyini sərgiləməyə başladı.

44 Günlük Vətən Müharibəsindən sonra Avropa Parlamentində ölkəmizə qarşı qəbul edilən qətnamələrin sayı hesabı yoxdur. Sonuncu bu tipli qətnamə oktyabr ayında qəbul olunmuşdu. Həmin qətnamədə də guya, ölkəmizdə insan hüquqlarının pozulması, media azadlığının və vətəndaş cəmiyyətinin fəaliyyətinin məhdudlaşdırılması iddia olunurdu. Ondan əvvəlki qətnamələrdə də Ermənistan və Qarabağ separatçılarına “sonsuz məhəbbət” ifadə olunurdu və bu təşkilat erməni lobbisinin yuvasına çevrilmişdir.

Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev bildirib.

"Nəzərə alsaq ki, Ermənistanın 30 illik işğalı dövründə Avropa Parlamenti bu ölkənin işğalçılıq siyasətini pisləyən qətnamələr qəbul etməyib. Biz hər hansısa belə qətnamənin şahidi olmamışıq. Əksinə olaraq, insan hüquqları bəhanəsi ilə Azərbaycana qarşı sənədlər qəbul edib. Ötən ilin oktyabrında bu qurumda işğalçı Ermənistanın baş nazirinin yüksək səviyyəli qarşılanması və ortaya qoyulmuş münasibət Paşinyanın məhz 44 günlük müharibə zamanı ermənilər tərəfindən Gəncədə törədilmiş terror hadisələrinin ildönümündə, yəni, oktyabrın 17-də çıxış etmişdir".

Deputat qeyd edib ki, yəqin ki, bu təsadüfi xarakter daşımır. Avropa Parlamenti bu müharibə cinayətlərinin törədilməsində bilavasitə günahı olan Ermənistanla həmrəydir.

Millət vəkili təəssüfedici məqamlardan birinə toxunaraq bildirib ki, bu günə qədər Azərbaycan öz haqq səsini Avropa Parlamentində istənilən hadisəylə bağlı səsləndirmək niyyəti və fikri olduqda, münasibət məhz bu cür sərgilənir. Ölkəmizdə də belə təşkilatlarla, anti-Azərbaycan mərkəzləri ilə əməkdaşlıq edən vətəndaşlarımız da var. V kalonun təmsilçiləri həmin mərkəzlərdən maliyyələşir və onların bilavasitə diqtəsilə hərəkət edirlər.

“Azərbaycan hüquqi dövlətdir və bütün məsələlər qanunla tənzimlənir və qanunla da tənzimlənməlidir. Həbsdə olanlar birmənalı olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin konkret maddələri ilə ittiham olunurlar. Məsələ hüquq çərçivəsində həllini tapmalıdır. Kimlərinsə jurnalist fəaliyyəti və ya QHT təmsilçisi olması onların təbii ki, qanunları pozmasına əsas vermir. Hər bir vətəndaş qanun qarşısında cavabdehlik daşıyır. Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə gəlincə, bu, kağız parçasından başqa bir şey deyil və birmənalı olaraq, heç bir hüquq qüvvəsi də yoxdur.

Nəzərə alsaq ki, Avropa Parlamentinin özü korrupsiya yuvasına çevrilmiş bir qurumdur. İndiyə qədər dəfələrlə təşkilatın rəhbərliyində korrupsiya aktları aşkar olunub və üzə çıxarılıb. Bu barədə dünya ictimaiyyəti artıq məlumatlıdır. Bu da təşkilatın sifarişlər əsasında qətnamələr hazırlanmasının bariz nümunəsi kimi qiymətləndirilə bilər.

İkili standartlar, selektiv yanaşma, konkret reallıqları anlamamaq və işğalçıya dəstək artıq çoxdan bu təşkilatın fəaliyyət prinsiplərinə çevrilmişdir. Ölkəmizdəki xaricdən maliyyələşən və idarə olunan şəbəkə demək olar ki, tamamilə ifşa olunub. Onların indiyə qədər apardıqları əks-təbliğatın ictimai rəyə zərrə qədər də birmənalı olaraq təsiri yoxdur. Çünki Azərbaycan cəmiyyəti intellektual cəmiyyətdir və kifayət qədər bütün bu növ olan məsələlərə dair ciddi immunitet izləri formalaşmışdır. Digər məsələlər isə hüquqi müstəvidə həll olunmaqdadır və Azərbaycanda V kalona təbii ki, yer yoxdur”, - deyə deputat Samir Vəliyev vurğulayıb.

Aminə Nəzərova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 23 Dekabr 2024 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see284

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see269

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see260

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see260

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see258

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see252

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see246

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see244

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see235

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see227

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see221

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see221

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see218

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see212

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see208

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see207

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see206

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see198

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri