Icma.az
close
up
RU
Avropa Parlamentinin deputatı necə rus agentinə çevrildi? FOTO

Avropa Parlamentinin deputatı necə rus agentinə çevrildi? FOTO

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avropada demokratik prosesin bazar qiyməti gözlənildiyindən qat-qat ucuz imiş. London Mərkəzi Cinayət Məhkəməsində (Old-Bailey) baxılan Natan Gill işi göstərdi ki, Avropa Parlamentinin tribunasına və onun media infrastrukturuna çıxış cəmi 4–5 min funt sterlinqə başa gələ bilər. Bu, təkcə bir siyasətçinin mənəvi süqutu deyil. Bu hadisə bütün sistem üçün bir sınaq idi, hansı ki, Qərbin siyasi institutlarının rüşvətə və xarici təsir əməliyyatlarına nə qədər həssas olduğunu açıq göstərdi.
Protokollarda bu ödənişlər “milad hədiyyələri” və “açıqcalar” kimi qeyd olunurdu. Əslində isə bunlar satılmış vicdanın qiyməti idi. Uelsdən olan keçmiş Avropa Parlamentinin deputatı, keçmiş mormon yepiskopu Natan Gill üçün bu ifadələr pul qarşılığında prinsiplərindən imtinanın sinonimi idi. Onun hekayəsi təkcə Brüsselin koridorlarında baş verən korrupsiya deyil. Bu, Qərb institutlarının legitimliyinin bir neçə min funtla satın alınması haqqında dərsdir.
“Mormon yepiskopu”ndan Kreml təbliğatçısına
Natan Gillin süqutu tək hadisə deyil, Kremlin Qərb siyasətçilərini satın alma və yönləndirmə cəhdlərinin bir hissəsidir.
İstintaq ABŞ-da başlayıb: FBI, ukraynalı siyasi texnoloq Oleq Voloşinin telefonunu ələ keçirəndən sonra araşdırma Britaniya müstəntiqlərini Avropa Parlamentinin səsvermə kabinəsinə qədər gətirdi. Orada prokreml tezislərin pul müqabilində səsləndirildiyi sadə, lakin cəsarətsiz bir sxem aşkarlandı.
Gill əvvəllər Nigel Faraca yaxın silahdaşı idi, indi isə səkkiz epizod üzrə günahını etiraf etmiş məhkuma çevrilib. Onun Brüsseldəki kiçik ofisi, bir vaxtlar dua səslənən otaq, sonradan Kreml üçün “siparişlə çıxışlar” hazırlanan bir məkana çevrilmişdi.
Ukrayna səfəri və “Medvedçuk bağlantısı”
Gillin Rusiya orbitinə düşməsi 2018-ci ildə Ukraynaya səfəri zamanı başladı. O, bu səfərə Nigel Faraca yaxın iki digər deputat — Conatan Arnot və Devid Kobern ilə yollandı. Səfərin xərclərini Rusiya xüsusi xidmətləri ilə əlaqəli “Avropa Demokratiya və İnsan Haqları Mərkəzi” adlı qurum qarşılamışdı.
Britaniya siyasətçiləri Viktor Medvedçukun nəzarətində olan “112 Ukraina” və “NewsOne” kanallarında çıxış etmiş, Ukrayna hökumətini tənqid edən və Rusiya mövqelərini təkrarlayan bəyanatlar vermişdilər. Altı həftə sonra Gill həmin çıxışları Avropa Parlamentinin tribunasında təkrarladı, Ukraynanın Aİ-yə üzvlüyünü şübhə altına alan çıxışlar etdi.
4000 funtluq “Qərb səsi”
Məhkəmə materiallarına görə, Gill 2018–2019-cu illərdə Kreml mövqelərini yaymaq üçün pul alıb. Onun çıxışları Ukraynanın imicinə zərbə vurmaq, Qərb birliyini zəiflətmək və Rusiya təbliğatına “Qərb deputatının səsi” ilə legitimlik qazandırmaq məqsədi daşıyırdı.
Bu ödənişlər ona ukraynalı prokreml siyasətçi Oleq Voloşin vasitəsilə çatdırılırdı. Voloşin təkcə pul göndərmirdi, həm də Gillə çıxış üçün konkret mətnlər yollayırdı.
Kremlin “sakit ordusu”
Əsas fiqur Voloşin indi Moskvadadır və Viktor Medvedçukun maraqlarını təmsil etdiyi bildirilir. Məhz bu fakt Gillin müstəqil deyil, idarə olunan bir agent olduğunu göstərir.
İstintaq aşkar edib ki, səfərlər “ara təşkilatlar” vasitəsilə maliyyələşdirilib. Gillin Ukrayna səfərini maliyyələşdirən qurumun rəhbəri Polşada Rusiya lehinə casusluqda şübhəli bilinərək həbs olunub.
Voloşinin adı Almaniyanın “Almaniya üçün Alternativ” partiyasının deputatı Maksimilian Kraxla bağlı başqa bir istintaqda da keçir. ABŞ xüsusi xidmətlərinin əldə etdiyi yazışmalarda “texniki tapşırıqlar üçün ödənişlər” müzakirə olunub. Bu, Gillin işinin böyük bir sxemin tərkib hissəsi olduğunu göstərir.
Dərin köklər və səssiz təhlükə
Natan Gillin işi formal olaraq bağlansa da, MI6 və FBI bu məsələni hələ də izləyir. Onlar bir “kuryeri” tutdular, bir əməliyyatı ifşa etdilər, amma şəbəkə hələ də yaşayır.
Gill idealdır: borclu, az tanınan, iddialı və asanlıqla yönləndirilə bilən. Onun acgözlüyü və əhəmiyyətsizliyi onu mükəmməl “örtük fiqura” çevirmişdi.
Natan Gillin süqutu — buzdağının yalnız görünən hissəsidir. Altında isə Qərb demokratiyasının zəif nöqtələri boyunca səssizcə hərəkət edən Kremlin təsir maşını dayanır. Və növbəti çat — ən gözlənilməz yerdə yarana bilər. (Haqqin.az)

Bizim Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 02 Noyabr 2025 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see338

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see329

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see326

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see314

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see312

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see301

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see301

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see293

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see273

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see269

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see268

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see266

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see264

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see261

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see259

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see255

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see252

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see233

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see220

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri