Avropa qaz istehlakını artırır, ABŞ da isə tələbat zəifləyir
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu ilin iyun ayında Avropa İttifaqında təbii qaz istehlakı illik müqayisədə 1,4% artaraq 16,6 mlrd. kubmetr olub.
Bu barədə “APA-Economics” Qaz İxrac edən Ölkələr Forumunun (Gas Exporting Countries Forum - GECF) hesabatına istinadən xəbər verir.
Hesabata görə, tələbatın artımı əsasən elektrik enerjisi sektoru hesabına baş verib. Belə ki, Avropanın böyük hissəsini əhatə edən güclü istilər elektrik enerjisinin soyutma məqsədilə istehlakını artırıb, külək və hidroenerji istehsalının azalması isə qazla işləyən elektrik stansiyalarından istifadənin genişlənməsinə səbəb olub.
Bildirilir ki, eyni dövrdə ABŞ-da təbii qaz istehlakı illik müqayisədə 5,8% azalaraq 63,7 mlrd. kubmetr səviyyəsində olub.
“Bu azalma əsas istehlakçı sektorların hamısında tələbatın zəifləməsi ilə əlaqədar olub. Yaşayış və kommersiya sektorlarında təbii qaz istehlakı havaların daha mülayim keçməsi nəticəsində isitmə və soyutma tələbatının azalması fonunda illik müqayisədə 15% azalıb. Sənaye sektorunda qaz istehlakı nisbətən sabit qalaraq cəmi 0,8% azalıb. Elektrik enerjisi sektorunda isə bərpa olunan enerji mənbələri və nüvə energetikasının rəqabət qabiliyyətinin artması nəticəsində təbii qaz istehlakı illik müqayisədə 1,6% aşağı düşüb”, - hesabatda qeyd olunur.
Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 04 Avqust 2026 10:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















