Icma.az
close
up
RU
Avropa Rusiya qazı hansı mənbələrlə əvəz edəcək? Əsas ümid ABŞ və Qətərədir...

Avropa Rusiya qazı hansı mənbələrlə əvəz edəcək? Əsas ümid ABŞ və Qətərədir...

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Avropa İttifaqı (Aİ) 2027-ci ildən etibarən Rusiyadan idxal olunan sıxılmış təbii qazı (STQ) tam şəkildə əvəz edə biləcək. “Reuters” agentliyi yazır ki, bu, ABŞ və Qətərdə sürətlə inkişaf edən yeni enerji layihələri sayəsində mümkün olacaq və proses ciddi qiymət dalğalanmalarına səbəb olmayacaq.

Beynəlxalq Sıxılmış Qaz İdxalçıları Qrupunun məlumatına görə, Rusiya hazırda Aİ-yə illik 21 milyon ton STQ tədarük edir, bunun 15,5 milyon tonu uzunmüddətli müqavilələr çərçivəsində həyata keçirilir. Bu rəqəm, “Rabobank” analitiklərinin hesablamalarına əsasən, 2027-ci ilə qədər qlobal STQ ixrac gücünün illik 161 milyon ton artımı ilə müqayisədə çox kiçikdir.

“Rabobank”ın enerji strategı Florens Şmit bildirib ki, 2027-ci il xüsusilə ABŞ və Qətər üçün yeni ixrac güclərinin istismara veriləcəyi əsas dövr olacaq:“Yeni layihələrdən hasil olunacaq qaz həcmi Rusiyadan idxal edilən STQ-nin itkisinin tam kompensasiyası üçün kifayət edəcək. Həm də əgər Rusiya öz qazını Asiya kimi digər bazarlara yönəldə bilsə, bu proses daha balanslı keçəcək”.

“Rabobank” hesab edir ki, 2027-ci ilin sonuna qədər ABŞ 2025-ci illə müqayisədə illik ixrac həcmini 50 milyon tondan çox artıracaq və bununla da dünyanın aparıcı STQ ixracatçısı kimi mövqeyini daha da möhkəmləndirəcək.

“Energy Aspects” analitiklərinin məlumatına görə, ABŞ hazırda Avropa İttifaqına idxal olunan STQ-nin 50 faizindən çoxunu təmin edir, bu göstəricinin 70 faizə qədər artacağı gözlənilir.

Qətərin isə Şimal Qaz Yatağının genişləndirilməsi hesabına illik 31 milyon ton əlavə qaz ixrac etməsi planlaşdırılır. Bundan əlavə, Kanada və Nigeriya da yaxın illərdə yeni STQ layihələrini istifadəyə verməyə hazırlaşır.

Xatırladaq ki, ötən cümə axşamı Avropa İttifaqı 19-cu sanksiya paketini təsdiqləyib. Yeni məhdudiyyətlərə əsasən, Rusiyadan sıxılmış qaz idxalı 2027-ci ilin yanvarından etibarən qadağan ediləcək — bu qərar əvvəlki plana nisbətən bir il tez qüvvəyə minəcək.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 Oktyabr 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see221

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see219

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see197

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see179

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see178

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see177

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see176

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see174

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see173

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see168

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see157

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see153

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see149

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see147

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see145

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see145

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see144

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see143

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see142

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri