Avropa Rusiyasız dövrə hazırlaşır Azərbaycan nefti əsas mənbəyə çevrilir
Sitat.info portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Uzunmüddətli perspektivdə Avropa əsasən Azərbaycan və Qazaxıstandan qeyri-Rusiya mənşəli neft alacaq.
Sitat.info xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) hesabatında qeyd olunub.
Bildirilib ki, Avropaya xam neft və kondensat ixracının proqnoz dövrü ərzində təxminən 1,6 milyon barel/gün səviyyəsində qalacağı gözlənilir. Bu həcmlər 2022-ci ildən əvvəlki dövrlə müqayisədə xeyli azdır — həmin vaxt Avropa İttifaqı Rusiyadan xam neft idxalına embarqo tətbiq etməmişdi.
“Bununla belə, uzunmüddətli proqnoz qeyri-müəyyən olaraq qalır və Şərqi Avropada münaqişə ilə bağlı mümkün sülh razılaşması fonunda bəzi Avropa ölkələrinə Rusiyadan neft axınları orta və uzunmüddətli dövrdə istisna edilmir. Lakin buna baxmayaraq, Rusiyadan Avropaya xam neft və kondensat tədarüklərinin həcmcə münaqişədən əvvəlki səviyyəyə çatması hətta uzunmüddətli perspektivdə də real hesab edilmir,” - hesabatda qeyd olunub.
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 10 İyul 2025 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















