Avropa Superliqasının formatı Açıqlandı
Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
Avropa futbolunda Superliqa ideyası hələ də gündəmdədir.
QOL.az xəbər verir ki, bu fikrin müəlliflərindən və əsas dəstəkçilərindən olan "Real"ın prezidenti Florentino Perezin sözlərinə görə, turnirin təşkili ilə bağlı işlər davam etdirilir.
İspaniyanın "Mundo Deportivo" nəşrinin yazdığına görə isə Avropanın 60-a yaxın klubu bu yarışda iştirak ideyasını dəstəkləyib. Hələlik gerçəkləşməyən turnir UEFA yarışlarına alternativ hesab olunur. Ona görə də qitənin ali futbol qurumu superliqaya qatılacaq klublara sanksiya tətbiq edəcəyini açıqlayıb.
Qəzet bildirir ki, Superliqanın formatına əsasən, yarışın 64 komandanın iştirakı ilə 3 divizionda təşkili nəzərdə tutulur. Yüksək (Ulduzlar) divizionda TOP-5 liqadan 16 komanda, ikinci (Qızıl) divizionda 16, üçüncü (Göy) divizionda isə 32 komandanın iştirakı planlaşdırılır.
Sonuncu divizionda ən zəif nəticə göstərən 20 klub yarışı tərk edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 06 Dekabr 2024 12:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















