Icma.az
close
up
RU
Avropa Şurası Ermənistan hakimiyyətini ittiham etdi

Avropa Şurası Ermənistan hakimiyyətini ittiham etdi

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) Ermənistan hökumətindən xərclərin şəffaflaşdırılmasını tələb etməsinə baxmayaraq, Baş nazir, Prezident və Milli Məclis sədrinin protokol, nəqliyyat və yaşayış xərclərini gizli saxlanılmaqda davam edir.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun erməni xidməti məlumat yayıb.

Qeyd edilir ki, Ermənistanda Prezidentin, Baş nazirin və Milli Məclisin sədrinin mərasim xərcləri 2016-cı ilin dekabrında təhlükəsizlik bəhanəsi ilə məxfi saxlanılıb.

Bundan əvvəl keçmiş prezident Serj Sarkisyanın biznesmen Samvel Karapetyanın oğlunun toyunda iştirak etmək üçün dövlət təyyarəsi ilə getdiyi, yaxud da Ara Abramyanın Moskvada ad gününə qatılmaq üçün dövlət təyyarəsindən istifadə etdiyi barədə xəbərlər yayılmışdı. 

2013-cü ildə müxalifət deputatları keçmiş baş nazir Tiqran Sarkisyanı 200 min dollara üç xüsusi uçuş təşkil etdiyinə görə sərt tənqid etmişdilər. Şəffaflıq və hesabatlılıq vədlərinə baxmayaraq, inqilabdan sonra hakimiyyətə gələn “Vətəndaş Müqaviləsi” Partiyası hələ də bu xərclərin şəffaflaşdırılması istiqamətində addım atmayıb.

Üstəlik, 2019-cu ildə parlamentdəki çoxluq “Parlaq Ermənistan” fraksiyasının bu satınalmaları ictimaiyyətə açıqlayacaq layihəsini rədd edib.Bildirilir ki, Ermənistan hakimiyyəti Serj Sarkisyanın dövründə qəbul edilmiş qanunun arxasında gizlənərək şübhəli məqsədəuyğunluq və səmərəliliklə xərcləməkdə davam edir. 

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan aprelin 26-da Vatikanda Papanın dəfn mərasimini nəzərə almasaq, son 6 ayda 6 xarici səfər edib.Prezident aparatı 2016-cı ildə dəyişdirilmiş “Satınalmalar haqqında” Qanuna istinad edərək Prezidentin bu səfərlərin hər biri üçün yaşayış, nəqliyyat və digər protokol xərclərinin nə qədər təşkil etdiyini “Azadlıq” radiosuna açıqlamaqdan imtina edib.

Qeyd edilir ki, Ermənistanda Baş nazir, Milli Məclisin sədri və xarici işlər naziri də daxil olmaqla bir sıra məmurlar İrəvanın Kond rayonundakı (Təpəbaşı məhəlləsi) şəxsi evlərdə yaşayırlar.

Onların texniki və digər xidməti “Dövlət  Şəxsi Yaşayış Təsərrüfatı” qeyri-kommersiya təşkilatı tərəfindən həyata keçirilir. Bəzi sənədlərdə aydın olur ki, bu qurum xüsusilə 8 fərdi evə qulluq edir və xidmət göstərir. Lakin təşkilat hazırda həmin evlərdə kimin yaşadığını bildirməkdən imtina edib (şəxsi evə texniki qulluq 8 binada aparıla bilər, lakin sakinlərin sayı daha az ola bilər). 

Adıçəkilən qeyri-kommersiya təşkilatı həmçinin, son illər Təpəbaşıdakı fərdi evlərdə təmir işlərinin aparılıb-aparılmaması, bu işlərə nə qədər vəsait xərcləndiyi, fərdi evlərin elektrik enerjisi, istilik, yemək xərclərinin nə qədər olması və s. barədə məlumat verməkdən imtina edib.

Son illər “Dövlət Şəxsi Yaşayış Təsərrüfatı”nın büdcəsinin durmadan artdığı məlum olub. Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupu Ermənistanla bağlı 5-ci qiymətləndirmə hesabatında bir il əvvəl mərasim xərclərinin tənzimlənməsinə dəyişiklik təklif edib. GRECO Baş nazirin, baş nazirliyə namizədin, Prezident və Milli Məclis sədrinin mərasim xərcləri ilə bağlı mövcud qapalı dövlət satınalma prosedurlarına yenidən baxılmasını tövsiyə edir. 

“Azadlıq” radiosunun suallarını cavablandıran GRECO Baş nazirin, baş nazirliyə namizədin, Milli Məclis sədrinin və Prezidentin xərclərinin böyük bir hissəsinin qapalı olmasına istinad edərək qeyd edib ki, onlar xərclərin ümumi açıq tender və şəffaflıq rejimindən azad edilməli olduğuna əmin deyillər. Qurum bu ilin sentyabrın 30-dək təqdim edilməli olan hesabat əsasında 2026-cı ildə Ermənistanda öz tövsiyələrinin icrasını qiymətləndirəcək. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Avropa Şurası Ermənistan hakimiyyəti GRECO

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 May 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see375

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see373

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see334

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see323

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see306

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see305

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see301

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see266

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see250

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see239

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see229

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see200

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see199

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see197

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see193

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see183

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see181

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see176

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see173

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri