Alen Berse: Avropa Şurası Azərbaycan və Ermənistan arasında sülh sazişini dəstəkləyir
Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.
Avropa Şurasının Baş katibi Alen Berse Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasını dəstəklədiyini bildirib və bu istiqamətdə konkret və ardıcıl addımların atılmasının zəruri olduğunu vurğulayıb.
Teleqraf xəbər verir ki, o, bu fikirləri Avropa Şurası Parlament Assambleyasının iclasında çıxışı zamanı səsləndirib.
“Regionda sülhün və sabitliyin bərqərar olması üçün Ermənistan və Azərbaycan arasında sülh sazişinə nail olmaq vacibdir. Bu ölkələrin rəhbərliyi və vətəndaş cəmiyyəti ilə sıx təmasdayam. Səfərlərim zamanı daima cəmiyyətin müxtəlif təbəqələri ilə görüşməyə xüsusi önəm verirəm”.
Alen Berse qeyd edib ki, Avropa Şurası bölgədə sülh təşəbbüslərinə dəstək verməyə hazırdır: “Hazırda əsas məsələ sülh prosesinin irəliləməsidir. Mən bu yolda göstərilən bütün səyləri dəstəkləyirəm və bu məsələdə üzərimə düşən rolu oynamağa hazıram”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 25 İyun 2025 13:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















