Icma.az
close
up
RU
Avropa Şurasının prezidenti Azərbaycan əleyhinə səsləndirdiyi sərsəm fikirlər

Avropa Şurasının prezidenti Azərbaycan əleyhinə səsləndirdiyi sərsəm fikirlər

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Avropa Şurasının prezidenti Azərbaycan əleyhinə səsləndirdiyi sərsəm fikirləri ilə bir daha belə qurumların mahiyyətini və fəlsəfəsini sərgiləmiş oldu.
1949-cu ildə yaradılan Avropa Şurasının müəyyən öhdəlikləri var. Nədir bu öhdəliklər? Sülhü qorumaq, yeni münaqişələrin qarşısını almaq. Bəs nə etdilər? Qarabağda sülhü qoruya bilmədilər, torpaqlarımız işğal olundu və uzun müddət ərzində bu münaqişənin həlli üçün real bir addım ata bilmədilər. Sadəcə bəyanatlar verdilər və heç kimə lazım olmayan siyasi spekulyasiyalarla məşğul oldular.
İnsan hüquqlarının qorunması üçün nəsə etdilərmi? Xeyr. Bir milyona yaxın insanımızın hüquqları vəhşicəsinə pozuldu, amma onlar bu pozulmuş haqları qoruya bilmədilər. Nəticədə, özləri and içdikləri dəyərlər ayaqlar altına atıldı.
Dünyada malik olduqları statusdan istifadə edərək regiona qarşı terrorizmi müdafiə edən, vandallığa dəstək verən bir siyasi xətt yürütməyə başladılar.
Bəs kim aldı torpaqları? Kim hüquqlarımızı bərpa etdi? Azərbaycan ordusu və diplomatiyası — hüquqi əməkdaşlıq və qanunun aliliyinin gerçək təcəssümüdür.
Hüquqi əməkdaşlıq dünya standartlarından kənar bir anlayış deyil. Bütün beynəlxalq qanunlarda hüquqi əməkdaşlığın əsas məqsədi haqqın və ədalətin bərpasıdır.
Lakin nə haqqı müdafiə etməyə cəsarət etdilər, nə də ədaləti bərpa etmək üçün qəbul etdikləri əsasnamə və nizamnamələrin bircə maddəsini belə təyinatı üzrə tətbiq edə bildilər.
Ədaləti isə ədalətli şəkildə – İlham Əliyevin prinsipləri ilə – Azərbaycan dövləti bərpa etdi.
Demokratiyanın “d” hərfini belə qoruyub saxlaya bilmədilər.
Çünki amansızlıqla öldürülmüş körpə uşaqların, vəhşicəsinə qətlə yetirilmiş qadınların, qəddarcasına həyatına son verilmiş məsum insanların qanını batırmaq üçün imkanları daxilində bütün vasitələrdən istifadə etdilər.
Demokratik dəyərlərin prinsiplərindən irəli gələn əsas anlayışların tətbiqindən isə imtina etdilər.
Bununla da bizim üçün demokratiya anlayışını arxa plana keçirdilər, onu dəyərsiz və lazımsız bir siyasi ideologiya kimi təqdim etməyə çalışdılar.
Mədəni, sosial və təhsil hüquqlarının təminatçısı olmaq əvəzinə, xalqımızı məhz bu hüquqlardan məhrum etdilər.
İnsanların doğulduğu torpaqdan, dədə-baba mirasından, əsrlərin bizə təlqin etdiyi prinsiplərdən iz qoymadan qoparmaq üçün çalışdılar.
Bu məqsədlə, mədəniyyətsiz və məqsədyönlü şəkildə, böyük layihələrə maliyyə ayıraraq həmin dəyərləri məhv etməyə cəhd göstərdilər.
Çünki özlərindən başqa heç kimi sevməyən, digər ölkələrə yuxarıdan aşağı baxan bir təşkilatdan bunların heç birini gözləmək — sadəlövhlükdən başqa bir şey deyil.
Bu gün istismar siyasətinizlə ölkələrin daxilinə nüfuz edib, yalnız öz hüquqlarınızı və gələcək təminatınızı qorumağa çalışmaq, başqalarının ağrılarına göz yummaq — ən böyük mədəniyyətsizlikdir.
Siz bizi “diktator” adlandıra bilməzsiniz! Çünki əslində “demokrat” maskası altında diktatorluq simasını üzünüzə taxan elə siz özünüzsünüz.
Bəli, əgər ölkəmizin mənafeyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq diktatorluq sayılırsa — qoy elə olsun!
Əgər ölkəyə xəyanət edənlərin cəzalandırılması diktatorluq sayılırsa — qoy yenə də olsun!
Azərbaycanın yüz illərlə tarixində görünməmiş bir siyasi nəfəsi, milli strateji yanaşması və idarəetmə metodologiyasının bünövrəsini qoyan, ölkəsinin milli maraqlarını hər şeydən üstün tutan titan bir lider – bizim xalqımız üçün son dərəcə dəyərlidir.
Sizin sərsəm və qeyri-səmimi ifadələriniz isə bizi qətiyyən maraqlandırmır. Çünki siz artıq özünüzü ifşa etmisiniz.
Yaxın zamanlarda bu ifşanın acı nəticələrinə birlikdə şahid olacağıq.
Azərbaycanda fəaliyyət göstərən bəzi “siyasətşünaslar”, ölkəmizə düşmən kəsilmiş Avropanın geridəqalmış siyasətçilərinin fikirlərini tirajlayıb bundan həzz alırlar.
Siz də bu ölkəyə, bu dövlətə, bu xalqa düşmən olanların sırasındasınız.
Ermənidən fərqiniz nədir? Onları müdafiə edənlərdən nə ilə seçilirsiniz? Əgər müqayisə etsək – nəticə aydındır: tam eynilik təşkil edirsiniz.
Ramil Hüseynov, "Yeni Xətt" siyasi tədqiqatlar mərkəzinin rəhbəri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 13 Aprel 2025 19:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see279

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see268

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see243

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see241

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see161

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see158

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see151

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see142

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see136

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see134

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see134

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see130

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see128

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see128

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see125

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see124

Neymar və het trik

04 Dekabr 2025 09:17see123

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see123

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see122

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri