Icma.az
close
up
RU
Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsi Azərbaycana buraxıldı

Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsi Azərbaycana buraxıldı

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsi (CPT)  iki illik fasilədən sorna Azərbaycana buraxılıb.

Gununsesi.info-nun Avropa Şurasından əldə etdiyi məlumata görə, qurum rəsmiləri 22 sentyabr — 3 oktyabr tarixləri arasında Azərbaycanda olub.

Səfərin əsas məqsədi hüquq-mühafizə orqanlarının nəzarətində olan şəxslərin saxlanma şəraiti və rəftarını, habelə həbsxana müəssisələrində saxlanılan şəxslərin durumunu yoxlamaq olub.
Səfər zamanı Komitə üzvləri bir sıra istintaq təcridxanaları, polis idarələrinin müvəqqəti saxlama yerlərinə baş çəkib.

Nümayəndə heyəti psixiatriya müəssisələrində saxlanılan şəxslərə göstərilən rəftar, şərait və hüquqi təminatları da araşdırıb. Səfər həm də əvvəlki səfərlərdən sonra Komitənin verdiyi tövsiyələrə cavab olaraq Azərbaycan hakimiyyətinin gördüyü tədbirləri nəzərdən keçirmək imkanı olub.

Səfər çərçivəsində nümayəndə heyəti ədliyyə nazirinin müavini Toğrul Hüseynov, daxili işlər nazirinin müavini Oqtay Kərimov və səhiyyə nazirinin müavini Nadir Zeynalov, eləcə də adıçəkilən nazirliklərin, polis və Penitensiar xidmətin digər rəhbər işçiləri ilə məsləhətləşmələr aparıb. Daha sonra Baş Prokurorluğun prokurorları, Polis Akademiyasının əməkdaşları və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Milli Preventiv Qrupunun üzvləri ilə görüşlər keçirilib.

Səfərin sonunda nümayəndə heyəti Azərbaycan hakimiyyətinə ilkin müşahidələrini çatdırıb.

Məlumata görə, AŞ rəsmiləri Daxili İşlər Nazirliyinin tabeliyində olan qurumlar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Müvəqqəti Saxlama Təcridxanası, Bakı Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsi və Müvəqqəti Saxlama Təcridxanası Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsi və Müvəqqəti Saxlama Təcridxanası Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsi və Müvəqqəti Saxlama Təcridxanası Bakı şəhəri, Səbail Rayon Polis İdarəsi və Müvəqqəti Saxlama Təcridxanası Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsi və Müvəqqəti Saxlama Təcridxanası Gəncə Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Təcridxanası Yevlax Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Təcridxanasında olub.

Qeyd edək ki, son iki ildə Azərbaycanla Avropa Şurası arasındakı gərginlik səbəbindın adıçəkilən komitənin rəsmiləri ölkəmizə buraxılmırdı.

Pərviz Həşimli

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 06 Oktyabr 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri