Icma.az
close
up
RU
Avropa üçün Azərbaycan qazının dəyəri ARTIR

Avropa üçün Azərbaycan qazının dəyəri ARTIR

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yanvarın 1-dən Rusiya qazının Ukrayna üzərindən Avropaya satışı dayandırılıb. Avropada hərraclarda qazın qiyməti 2023-cü ilin oktyabrından bəri ən yüksək səviyyəyə qalxıb. Ancaq hələlik qitədə ciddi böhran müşahidə edilmir, çünki İttifaq qazın kəsiləcəyinə hazırlaşırdı.

Avropa ölkələrində təbii qaz çatışmazlığı ehtimalı az olsa da, bazarda alıcılar təzyiqlə üzləşəcək. Xüsusilə Uraynada müharibə başlayandan bəri Rusiyadan intensiv şəkildə təbii qaz almağa davam edən Avstriya, Slovakiya və Macarıstan kimi Avropa İttifaqı (Aİ) ölkələri üçün alternativlərin daha baha başa gələ biləcəyi ehtimal edilir.

Avstriya keçən ay "Qazprom" ilə müqaviləni dayandırdığını və alternativ mənbələrə müraciət etdiyini açıqlayıb. Ukrayna xəttini açıq saxlamağa çalışan Macarıstan isə təbii qaz ehtiyacının böyük hissəsini “Türk axını” vasitəsilə təmin etməyə davam edir. Ukraynanın qərarına ən sərt reaksiya verən Aİ ölkəsi Slovakiyada da indiki mərhələdə böyük problem yoxdur.

Qərardan ən çox təsirlənəcəyi gözlənilən Avropa ölkəsi Aİ üzvü olmayan Moldovadır.

Avropada təbii qaz ehtiyatına mənfi təsir göstərən əsas amil soyuq havadır. Avropa Qaz İnfrastrukturunun (GIE) məlumatlarına görə, 2024-cü ilin noyabrında Aİ-nin orta təbii qaz ehtiyatı 95 faiz olduğu halda 2025-ci ilin əvvəlində bu rəqəm 72 faizə enib. Ehtiyatlarda azalma əvvəlki illərin eyni dövrlərində də müşahidə olunub. Lakin azalma sürəti cari məlumatlardan daha məhdud idi. Ehtiyatlarda azalma tendensiyası növbəti aylarda da davam edəcək. Bununla belə, həyəcan təbili çalmaq üçün heç bir səbəb olmadığı bildirilir.

Brüsselin məlumatlarına görə, 2021-ci ildə Aİ-nin təbii qaz idxalının 40 faizi Rusiya boru kəmərlərindən əldə edilən enerjinin payına düşüb. 2023-cü ildə bu nisbət səkkiz faizə düşüb.

Rusiyadan asılılığın tədricən azaldığı eyni dövrdə Aİ-nin ABŞ-dan LNG idxalı təxminən üç dəfə artaraq 50 faizə çatıb. Yanvarın 20-də ABŞ prezidenti kimi andiçmə mərasimi keçiriləcək Donald Tramp Aİ-nin ABŞ-dan daha çox LNG idxal etməsini tələb edir. Aİ Komissiyası da bu ideyanı alqışlayıb.

Qeyd edək ki, Avropanın 10-dan çox ölkəsinə qaz satan Azərbaycanın da bu xüsusda rolunun artacağı müşahidə edilir.

Modern.az-a danışan Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban bildirib ki, Avropa artıq Rusiya qazının Ukrayna üzərindən daşınmasına qoyulan qadağını hiss etməyə başlayıb:

"Ötən il bu marşrutla Avropaya təxminən 15 milyard kubmetr qaz ixrac edilib. Rusiya qazının Ukrayna üzərindən Avropya ixracının dayandırılması artıq birjalardakı qaz qiymətlərində öz əksini tapıb. Qazın qiyməti əvvəlcə 450 dollar həddini keçdi və artıq 31 dekabrda qaz 530 dollara qədər bahalaşmışdı. Misal üçün 2025-ci ilin ilk hərraclarında qazın qiyməti mütəmadi olaraq, 550 dollar həcmindən aşağı ticarət edib. Bu onun göstəricisidir ki, Avropa Rusiya qazının Ukrayna üzərindən verilişinin dayandırılmasını ehtiyat anbarlarda kifayət qədər qazın olmasına baxmayaraq, hiss etməyə başlayıb. Ukrayna üzərindən günlük 41-42 milyon kubmetr qaz ixrac olunurdu. Avropa martın sonuna qədər bu ehtiyat anbarlarından istifadə etməklə, özünün istilik məsələlərini, qaza olan tələbatını ödəmək iqtidarındadır. Qaz qiymətləri 2023-cü ilin noyabrından indiyə qədər yaşanmamış həddə gəlib çatdı. Bu o deməkdir ki, cari ildən yeraltı qaz anbarlarından istifadə edəcəklər. Martın sonuna qədər artıq oradakı ehtiyytlar, bəlkə, yarıdan çox azalıb. Bir il bundan öncə 58 faiz qismində orada qaz vardı. Ondan əvvəlki dövrdə bu göstərici,təqribən 65 faiz idi. Cari ildə isitmə dövrü başa çatanda orada 45 faiz qaz qalsa, demək, daha çox yaz-yay aylarında qaz ixrac etməyə məcbur olacaqlar ki, oktyabr ayının birinə 90 faizdən az olmayaraq ehtiyat toplasınlar. Bu da bazarda tələbatın yüksək olmasına gətirib çıxaracaq. Tələbatın yüksək olması isə qaz qiymətlərində öz əksini tapacaq. Yəni 2023-cü ildə qazın bazarda orta qiyməti 460 dollar olmuşdu. 2024-cü ildə isə bu təqribən 430 dollardan bir qədər artıq olub. Ancaq mən cari ildə, həm  ötən il, həm də 2023-cü il səviyyəsindən qaz qiymətlərinin daha baha, yəni 530 dolların altında olacağını gözləyirəm".

İ.Şaban vurğulayıb ki,  Avropa bazarına ildən-ilə qaz həcmlərini artıran Azərbaycan üçün bu qərar gəlirlərin artımı deməkdir:

"Biz energetika naziri Pərviz Şahbazovun açıqlamasından çıxış etsək, ötən il Azərbaycan Avropa bazarında 12,9 milyard kubmetr qaz satmağa müvafiq olub. 2023-cü ildə isə bu həcm 11,8 milyard kubmetrə yaxın idi.  Yəni il ərzində 1,1 milyard kub metr həcmində qaz ixracımızı artırmışıq. Cari ildə təbii ki, biz artıq 13 milyard kubmetr həcmini keçə biləcəyik. Bunun üçün qaz həcmlərimiz və alıcılarımız da var.  Azərbaycan hökuməti artıq açıqlayıb, 2027-ci ilə qədər Avropada qaz satış həcmlərimizi 16 milyard kubmetrə çatdırmağı planlaşdırırıq. Görünən odur ki, biz bu hədəfə inamla, özümüzə, ehtiyatlarımıza, infrastrukturlarımıza güvənərək Avropa ölkələri ilə imzaladığımız müqavilələr əsasında bu həcmləri artırmağa müvəffəq olacağıq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Yanvar 2025 21:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see320

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see311

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see294

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see279

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see228

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see228

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see223

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see218

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see209

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see208

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see204

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see203

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see197

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see196

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see192

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see188

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see180

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see168

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see165

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri