Icma.az
close
up
RU
Ukrayna üzərindən Avropaya TƏDARÜK: “Qoca qitə”də Azərbaycan qazının DƏYƏRİ ARTIR FOTO

Ukrayna üzərindən Avropaya TƏDARÜK: “Qoca qitə”də Azərbaycan qazının DƏYƏRİ ARTIR FOTO

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2025-ci il yanvarın 1-dən rəsmi Kiyevin müqaviləni uzatmaqdan imtina etməsi səbəbindən Rusiya qazının Ukrayna ərazisindən Avropaya tranziti tamamilə dayandırılıb. Bu qərar Slovakiyanın və regiondakı digər ölkələrin mavi yanacaq təminatını təhlükə altında qoyub. Bu səbəbdən Slovakiyanın Baş naziri Robert Fitso bildirib ki, əgər Ukrayna Prezidenti Volodimir Zelenski qaz tranzitini bərpa etməsə, Bratislava Avropa Şurasında Kiyevə ayrılan maliyyə yardımının qarşısını alacaq.

Xatırlatmaq yerinə düşər ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Söhbət zamanı Azərbaycan ilə Ukrayna arasında siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələr, energetika sahəsində əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Yanvarın 25-də isə Volodimir Zelenski Kiyevdə Moldova Prezidenti Maya Sandu ilə birgə mətbuat konfransında bildirib ki, Davosda dövlət başçısı İlham Əliyevlə Azərbaycan qazının nəqli üçün Ukrayna infrastrukturundan istifadə məsələsini müzakirə edib.

O, Azərbaycanın böyük qaz hasilatı və qaz ixracı imkanları olmasına diqqət çəkərək vurğulayıb ki, Prezident İlham Əliyevlə İsveçrədə bu barədə müzakirə aparıb və əgər Avropanın qaza ehtiyacı olarsa, Ukrayna infrastrukturundan istifadə edilə bilər, amma Rusiya qazının tranziti mümkün deyil. V.Zelenskinin sözlərinə görə, Ukrayna Azərbaycandan qaz tranzitinə tezliklə başlaya bilər.

Azərbaycanın bu tələbatı ödəməsi mümkündürmü? Zelenski Robert Fitsonun son bəyanatından nəticə çıxarıb Rusiya qazının tranzitini bərpa edə bilərmi?

Mövzu ilə bağlı Medianews.az-a danışan enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirib ki, 2022-ci ilin fevral ayında Moskvanın Kiyevə hərbi təcavüzündən sonra Ukrayna üzərindən Avropaya yönələn Rusiyaya məxsus ixrac gücləri, yəni neft-qaz kəmərləri təhdid altına düşüb.

Onun sözlərinə görə, bu, Aİ-ni enerji təhlükəsizliyi məsələsinə , eləcə də neft-qaz diplomatiyasına yenidən baxmağa vadar edib: “2025-ci ilin yanvarın 1-dən etibarən Rusiya boru kəməri qazının Ukraynaya məxsus QNS (qaz nəqli  sistemi) üzərindən Avropa ölkələrinə nəqli ilə bağlı “nəql et, ya ödə” şərtli tranzit sazişinin icra müddəti başa çatıb. Bu, Rusiyanın beynəlxalq ixrac qabiliyyətinə və Avropa qaz bazarında illərlə formalaşmış bazar payını zərbə altına almaqla yanaşı, ayrı-ayrı Avropa ölkələrinin davamlı qaz təchizatında çətinliklər yaradıb. Qlobal neft bazarlarından fərqli olaraq, qlobal qaz bazarlarının daha güclü olması, qaz satış platformaları arasında (TTF/JKM) rəqabət mühitinin sərtləşməsi, Qərbi və Mərkəzi Avropa ölkələrini, o cümlədən Slovakiyanı qaz təchizatı ilə bağlı alternativ mənbələrə müraciət etməyə sövq edib. Slovakiyanın “Eustream” qaz ötürücü şəbəkə operatorunun məlumatına görə, Ukrayna üzərindən qaz tədarükü dayandırıldıqdan sonra Bratislava Macarıstan üzərindən “Türk axını” vasitəsilə Rusiya qazını almaqda davam edir və qaz təchizatında problemi yoxdur”.

İqtisadçı vurğulayıb ki, Azərbaycan qazının Avropanın qaz bazarında satış problemi yoxdur: “Azərbaycan qazının Ukrayna QNS vasitəsilə Avropa ölkələrinə tranziti məsələsi texniki cəhətdən mümkün olsa da mürəkkəb logistik sxemdən başqa bir şey deyil. Nədən ki, Azərbaycan qazının “Qoca qitə”nin qaz bazarında satış problemi yoxdur. Ukrayna üzərindən Rusiya qazının yenidən tranziti məsələsi çətin ki, öz həllini tapsın. Çünki əksər Avropa ölkələri Rusiya qazının əleyhinədir və bütün hallarda Moskvanın Avropadakı bazar payı azalmaqda davam edəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 Yanvar 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see189

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see167

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see158

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see154

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see144

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see141

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see140

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see137

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see137

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see135

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see134

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see133

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see130

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see129

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see128

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see128

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see126

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see124

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see124

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri