Avropa Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsinə hazırdır
Icma.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Avropa müharibə başa çatdıqdan sonra Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsində liderlik etməyə və Alyansın müdafiəsində öz payını artırmağa hazırdır“.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Mark Rutte bildirib.
Rutte Fransa prezidenti Emmanuel Makronun ev sahibliyi ilə Parisdə keçirilən Ukrayna ilə bağlı fövqəladə sammitdən sonra sosial media hesabında paylaşım edib.
Rutte Avropanın NATO-nun kollektiv təhlükəsizliyinə sərmayə qoymağa hazır və istəkli olduğunu bildirərək, təfərrüatların həll edilməsinin lazım olduğunu qeyd edib.
Tramp administrasiyası vurğulayıb ki, Ukrayna NATO-ya üzv olmamalıdır və təhlükəsizlik zəmanəti müharibə bitdikdən sonra NATO deyil, Avropa ölkələri tərəfindən verilməlidir.
Ağ Ev həmçinin NATO-nun Avropadakı müttəfiqlərinin qitənin müdafiəsi üçün tam məsuliyyəti öz üzərinə götürməsini istəyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 18 Fevral 2025 11:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















