Icma.az
close
up
RU
Avropa Vaşinqtona qarşı: “Bu, yolverilməzdir”

Avropa Vaşinqtona qarşı: “Bu, yolverilməzdir”

Icma.az, Ayna portalına istinadən məlumat yayır.

Avropa İttifaqı Krımın ilhaqını tanımayacaq: “Onda Putin bütün məqsədlərinə çatacaq”

Avropa İttifaqı (Aİ) ölkələri Krımın Rusiya ərazisi kimi tanınmasında ABŞ-ı dəstəkləməyəcək və Ukrayna Prezidenti Volodimir Zelenskidən zorla razılıq alınması cəhdlərinə qarşı çıxacaqlar. Bu barədə “Financial Times” Qərb rəsmilərinə istinadən yazıb. Rəsmilər bildiriblər ki, söhbət 1945-ci ildən bəri Avropada ilk zorakılıq yolu ilə ərazi zəbtinin faktiki olaraq leqallaşdırılmasından gedir. Avropalılar hesab edirlər ki, belə tanınma illər boyu qitəni sülh şəraitində saxlayan nizamı məhv edəcək.

Almaniyanın gələcək kansleri Fridrix Merzə yaxın şəxs, Bundestaqın üzvü Torstin Frey bildirib ki, Avropa ABŞ Prezidenti Donald Trampın bu təklifini qəbul edə bilməz: "Onda Putin bütün məqsədlərinə çatacaq və o özünü belə sayacaq - "Mən təcavüz edə bilərəm və cəza olmayacaq. Sonunda mən qalib gələcəm". Bu isə yolverilməzdir”.

Aİ diplomatiyasının rəhbəri Kaja Kallas da "Krımın Ukrayna olduğunu" vurğulayaraq, ilhaqın tanınmasının "ciddi səhv" olacağını qeyd edib: "Burada bütün Avropanın mövqeyini almamaq böyük səhv olar".

"Krım da daxil Ukraynanın NATO-ya üzvlüklə bağlı gələcək istəkləri bizim üçün qırmızı xətlərdir. Biz onlardan imtina edə bilmərik", deyən Aİ-nin yüksək rütbəli diplomatı nəşrə bildirib ki, ABŞ birtərəfli hərəkət etsə belə, bu, Rusiyanın təcavüzünü mükafatlandıracaq və Putini Gürcüstan və Moldovaya qarşı mübarizə aparmağa təşviq edəcək.

Bundan əlavə, diplomat hesab edir ki, “Putin digər keçmiş SSRİ ölkələrini, məsələn, Latviya, Litva, Estoniya və digər Aİ üzvü olan ölkələri təhdid etməyə başlaya bilər. Eyni zamanda, Putin NATO ölkələrini təhdid edə bilər”.

“Aİ artıq Tramp administrasiyasına Krımı Rusiya kimi tanıya bilməyəcəyi barədə xəbərdarlıq göndərib”, yüksək rütbəli bir avropalı məmur bildirib.

Bildirilir ki, indi qitənin ən böyük dövlətləri, NATO-ya üzv olan ölkələr ABŞ rəhbərliyini bu istiqamətdə birtərəfli addım atmaqdan çəkindirməyə çalışırlar.

Qeyd edək ki, Krımın Rusiya ərazisi kimi tanınması Trampın Ukraynadakı müharibəyə son qoymaq planının əsasını təşkil edir. Sənəd Londonda ABŞ dövlət katibi Marko Rubionun və Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirlərinin iştirakı ilə keçiriləcək görüşdə müzakirə edilməli idi. Lakin bundan əvvəl Zelenski açıq şəkildə bəyan edib ki, Krımın statusunu müzakirə etmək niyyətində deyil, çünki Ukrayna Konstitusiyasına və beynəlxalq hüquqa görə Krım Ukrayna ərazisidir. Nəhayət, Rubio məşğul qrafiki əsas gətirərək danışıqlarda iştirakdan imtina etdi. Onun ardınca Fransa və Almaniya Xarici İşlər nazirliklərinin rəhbərləri Jan Noel-Barro və Annalena Berbok da analoji qərar qəbul etdilər. ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkoff isə dördüncü dəfə Moskvaya səfər etməyi seçdi.

Daha sonra Tramp Zelenskini danışıqları pozmaqda ittiham edərək, Krımla bağlı mövqeyini sülh səylərinə “çox zərərli” adlandırıb.

"O bütün ölkəni itirməkdənsə sülh əldə edə və ya daha üç il mübarizə apara bilər", - Amerika lideri qeyd edib. Öz növbəsində Zelenski sabiq dövlət katibi Mayk Pompeonun Trampın ABŞ Prezidenti olduğu 2018-ci ildəki bəyanatını xatırladıb. Mətndə deyilir ki, “ABŞ Rusiyanın Krımı ilhaq etmək cəhdini rədd edir və Ukraynanın ərazi bütövlüyü bərpa olunana qədər bu siyasəti davam etdirməyi öhdəsinə götürür”. Bundan əlavə, həmin vaxt Pompeo vurğulayıb ki, Birləşmiş Ştatlar “Beynəlxalq hüququ pozaraq güc yolu ilə ələ keçirilən ərazilər üzərində Kremlin suverenlik iddialarını tanımaqdan imtina edir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://ayna.az
archiveBu xəbər 25 Aprel 2025 20:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see399

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see300

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see243

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see230

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see219

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see216

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see209

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see203

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see192

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see190

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see186

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see184

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see182

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see182

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see181

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see180

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see180

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see168

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see167

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri