Icma.az
close
up
RU
“Avropa Yaxın Şərqdə təsirini itirir”

“Avropa Yaxın Şərqdə təsirini itirir”

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Beynəlxalq münasibətlər sistemində artan xaos fonunda Avropa özünü dərin strateji böhran içində tapıb. Onun sözlərinə görə, Avropa dünyası nə qədər çabalasa da, transatlantik münasibətlərin sarsılması və ABŞ-ın xüsusilə Donald Tramp dövründə Avropaya açıq-aşkar düşmən mövqeyi qitənin qlobal təsir imkanlarını ciddi şəkildə zəiflədib”.

Bunu siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova “xalqcebhesi.az”-a açıqlaması zamanı bildirib

Politoloq qeyd edib ki, Ukrayna müharibəsi Avropanın xarici siyasət gündəmini faktiki olaraq monopoliyaya alıb və bu, Yaxın Şərqə münasibətdə yanlış və təhrif olunmuş yanaşmaların formalaşmasına səbəb olub:
“Avropa Vaşinqtonun Ukrayna siyasətinə kor-koranə dəstək vermək naminə ABŞ-ın Yaxın Şərqdə, o cümlədən İranla bağlı addımlarına tənqidi yanaşmaq imkanını itirib. Nəticədə, Avropa nə prinsiplərini, nə də müstəqil mövqeyini qoruya bilib. ABŞ artıq Avropanı Yaxın Şərqdə əsas tərəfdaş kimi görmür və regional aktorlarla – Körfəz ölkələri və Türkiyə ilə – birbaşa əməkdaşlığa üstünlük verir.
Bu proses Tramp dövründə refleksiv xarakter alıb. Avropanın kənarda qalması onun regionda özünü əhəmiyyətsizləşdirməsinin nəticəsidir. Bu gün Qəzzada atəşkəs və ya Fələstin dövlətinə doğru real irəliləyiş Avropanın təşəbbüsləri ilə bağlı deyil.
Avropa liderləri İsrail üzərində təsir imkanlarından istifadə etmək əvəzinə Trampın planlarının arxasında gizlənirlər. Real vasitəçilik isə Türkiyə, Səudiyyə Ərəbistanı və Misirin də daxil olduğu Qətər xətti üzərindən aparılır. Avropanın regiondakı rolu faktiki olaraq üçüncü dərəcəli statusa enib.
İsrail–Fələstin münaqişəsi və İran məsələsində Avropa ən yaxşı halda Körfəz ölkələrinin Trampa təsir göstərmək cəhdlərini dəstəkləyən passiv oyunçu rolundadır.
Yaxın Şərq Avropanın qonşusu olaraq qalır və qitənin bu regiondan uzunmüddətli şəkildə təcrid olunacağını düşünmək sadəlövhlük olardı. Avropanın manevr imkanları azalsa da, Livan, İraq və Suriya kimi həssas Levant ölkələrinə diqqət yönəltməsi zəruridir.

Politoloq xüsusilə Livandakı vəziyyətə diqqət çəkərək qeyd edib ki, ölkə real vətəndaş müharibəsi riski ilə üz-üzədir:
“Livan uzun illərdir nə bərpa prosesini, nə də İranın himayəsindən çıxışı hədəfləyən real hökumətə malik olmayıb. Əgər cənubda təhlükəsizliklə bağlı İsrail və ABŞ-ın tələblərinə cavab verən addımlar atılmasa, ölkə 1975-ci ildən daha ağır vətəndaş müharibəsinə sürüklənə bilər. Belə bir ssenari həm Livanın daxili sabitliyini dağıdar, həm də İranın regiondakı təsirini uzun illər möhkəmləndirər.Bu mərhələdə qətiyyət vacibdir, amma ehtiyatlılıq ondan da vacibdir”.

Günel Elxan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 22 Dekabr 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri