Icma.az
close
up
RU
Yaxın Şərqdə yeni mərhələ

Yaxın Şərqdə yeni mərhələ

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Suriyanı “bağışladı”...

Ankara növbəti dəfə gücünü, qətiyyətini və regional çəkisini nümayiş etdirdi...

ABŞ Prezidenti Donald Trampın “Körfəz turu” mühüm məqamları ilə seçilir. Xüsusilə, mayın 13-də Suriya ilə bağlı bütün sanksiyaların ləğv olunduğunun elan edilməsi həm rəsmi Dəməşq üçün, həm də regionda formalaşan yeni nizam üçün mühüm perspektivlər deməkdir. Qeyd edək ki, bu qərar, Bəşər Əsədin 2024-cü ilin dekabrında devrilməsindən sonra hakimiyyətə gələn keçid hökuməti ilə münasibətləri normallaşdırmaq məqsədi daşıyır. Tramp öz nitqində yeni rəhbərliyin ölkədə sabitlik və sülhü təmin etmək üçün bir şans qazanması lazım olduğunu vurğulayıb.

Yeri gəlmişkən, Donald Tramp Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Suriyanın keçid dövrü Prezidenti Əhməd Əş-Şəraa ilə görüşüb. Bu, son 25 ildə iki ölkənin liderləri arasında ilk görüşdür.

Ləğv edilən sanksiyalar...

Xatırladaq ki, ləğv olunan sanksiyalar, əsasən 2019-cu ildə qəbul edilən və 2020-ci ildə qüvvəyə minən “Sezar Suriya Mülki Müdafiə Qanunu” (Caesar Act) çərçivəsində tətbiq edilmişdi.  Bu qanun, Əsəd rejiminin müharibə cinayətlərinə görə enerji, infrastruktur, hərbi və maliyyə sektorlarını hədəf alırdı. 2025-ci ilin yanvarında ABŞ keçid hökumətinə dəstək məqsədilə bəzi sanksiyaları müvəqqəti olaraq yumşaltmışdı.  Bu, enerji, su, səhiyyə və digər əsas xidmətlərlə bağlı məhdudiyyətlərin 6 aylıq ləğvini əhatə edirdi. Trampın son qərarı isə sözügedən müvəqqəti addımı tam sanksiyaların ləğvi ilə əvəz edir. Bir çox ekspertlər bu addımın Suriya iqtisadiyyatının bərpasına və beynəlxalq əlaqələrin genişlənməsinə geniş imkanlar yaradacığını önə sürürlər. Eyni zamanda, bu addımı ABŞ-ın Yaxın Şərq siyasətindəki dəyişikliklərin siqnalı hesab edənlər də var. O baxımdan ki, Tramp hakimiyyətə gəldiyi dövrdən Yaxın Şərqlə bağlı həm şifahi, həm də əsaslı olaraq fərqli siyasi xətt yürüdəcəyini bəyan edir. Müəyyən ştrixlərdə bunu görmək isə çətin deyil. Hətta Trampın bu siyasi xəttini məcburi “loyal-liberal” yanaşma prizmasından da dəyərləndirirlər. Amma hər bir halda görünən odur ki, ABŞ yeni münasibətlər sistemini silah gücünə deyil, tam əksinə, iqtisadi rıçaqlar üzərindən qurmağa meyllidir. İnvestisiya planları və Yaxın Şərq- ABŞ münasibətlərinin yeni ab-havası bu faktı təsdiqləyir.

Türkiyə addım-addım irəli...

Qeyd edək ki, Trampın bu qərarı verməsində ən mühüm amillərdən biri Türkiyə faktorudur. Təsadüfi deyil ki, Tramp Suriya ilə bağlı qərarının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla aparılan danışıqlar nəticəsində formalaşdığını bildirib. ABŞ-Suriya münasibətlərinin normallaşdırılması istiqamətində ilk real siyasi addım olaraq qiymətləndirilən sanksiyaların ləğvində Ankaranın mühüm rol oynaması qardaş ölkənin regional anlamda oynadığı rolun təsdiqidir. Paralel olaraq, Trampın bu qərarı Prezident Ərdoğanla məsləhətləşmədən sonra qəbul etməsini bildirməsi həm də bir mesajdır:

- Digər regional mərkəzlərə Türkiyənin Yaxın Şərqdəki siyasi proseslərə təsir imkanları nümayiş etdirilir;

- Yaxın Şərq və Körfəz regionunda yeni nizam qaydalarının formalaşmasında Ankaranın rolu dəyərləndirilir;

- Xüsusilə, keçmiş kataklizmlər zonasında sabitliyin və yeni inkişaf mərhələsinin formalaşdırılmasında Türkiyənin həm siyasi, həm iqtisadi, həm də diplomatik çəkisini xatırladır.

ABŞ Suriya məsələsində ən mühüm məsləhətləşmələri Türkiyə ilə aparmaqla özünün digər regional müttəfiqlərinə mesajlar verir - Ankara ilə münasibətlər normal səviyyədə inkişaf etdirilməlidir...

Vaşinqton Ankara ilə məsləhətləşir...

Tramp verdiyi qərarda Prezident Ərdoğanın Suriyanın bərpası üçün çağırışlarını əsas səbəblərdən biri kimi göstərdi - qərar birbaşa olaraq ABŞ-ın Suriya ilə münasibətlərində dönüş nöqtəsi sayılsa da, Ankara bu prosesin arxa səhnəsində ciddi diplomatik və strateji fəaliyyət göstərib. Türkiyə uzun illərdir ki, Suriyada həm təhlükəsizlik, həm də humanitar sahədə fəal mövqe tutur. Ankara həm Əsəd rejiminə qarşı qətiyyətli mövqeyi ilə seçilir, həm də sərhədyanı bölgələrdə sabitlik yaradılması üçün səfərbər olub. Suriyada yeni keçid hökumətinin formalaşdırılması prosesində də Türkiyə əsas vasitəçilərdən biri sayılır - beynəlxalq arenada bu hökumətə legitimlik qazandırmaq üçün göstərilən səylər bunu təsdiqləyir. Təsadüfi deyil ki, Trampın sanksiyaları ləğv etmək qərarından öncə 2025-ci ilin mart və aprel aylarında Ankarada və Ər-Riyadda keçirilən çoxsaylı ikitərəfli və çoxtərəfli görüşlərdə Türkiyə nümayəndələri ABŞ diplomatları ilə intensiv təmaslarda olmuş, Suriyada yeni siyasi düzənin qurulduğunu və Əsəd sonrası dövrə keçidin dəstəklənməsinin zəruriliyini vurğulamışdılar.

Türkiyənin əhəmiyyəti və rolu...

Ümumiyyətlə, qeyd edilməlidir ki, Donald Tramp həm əvvəlki prezidentliyi dövründə, həm də son 4 ayda yürütdüyü siyasi xəttdə dövlət başçıları ilə münasibətlərə üstünlük verməsi ilə diqqəti cəlb edir. ABŞ prezidenti bu amili xarici siyasətdə əsas alətlərdən biri kimi istifadə edir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla şəxsi münasibətləri və birbaşa ünsiyyətləri də Suriya kimi bir çox qərarların formalaşmasına təsir edib və bu Tramp tərəfindən də təsdiqlənib. Məsələn, Tramp Ərdoğanın Suriyada yeni keçid rəhbərliyinə verdiyi dəstəyi və bu rəhbərliyin ABŞ-ın maraqlarına zidd olmadığını açıq şəkildə qəbul etmiş və bunu “bölgədə sabitliyin açarı” kimi qiymətləndirmişdir.

Vurğulanmalıdır ki, Türkiyə də son illərdə həm siyasi, həm də iqtisadi parametrlər üzrə regionun əsas dövləti qismində çıxış edir - hətta qlobal müzakirələrdə artıq Ankara xüsusi söz sahiblərindən biri sayılır. Türkiyə bölgədə baş verən hadisələrlə bağlı həm tənzimləyici, həm də zəmanətverici faktor kimi çıxış edir. Suriya məsələsində də bunu gözdən qaçırmaq olmaz - məsələn, Tramp administrasiyası sanksiyaların ləğvi qarşılığında müəyyən iqtisadi və təhlükəsizlik zəmanətləri ilə bağlı fikirlər səsləndirirdi ki, Türkiyə bu məsələnin də tənzimlənməsində öncül rol oynayıb. Xüsusilə, yeni keçid hökumətinin insan haqları sahəsində öhdəliklər götürməsi, Suriyada xarici radikal təsirlərin azaldılması, Rusiya ilə balanslaşdırılmış münasibətlərin qorunması və terror təşkilatlarına qarşı konkret addımların atılması, xüsusilə PKK-nın özünü buraxması qərarı Türkiyənin apardığı diplomatik siyasətin təntənəsi sayıla bilər.

Eyni zamanda, ABŞ-ın bir çox şirkətlərinin Suriya ərazisindəki bərpa və yenidənqurma layihələrində yaxından iştirakı istisna olunmur. Bu fakt ABŞ-ın iqtisadi maraqlarının da prosesə cəlb edilməsi deməkdir ki, bu da özlüyündə təhlükəsizlik baxımından olduqca mühüm addımdır.

ABŞ təsdiqləyir...

Beləliklə, Trampın Suriyaya qarşı sanksiyaları ləğv etməsi təkcə ABŞ-ın yeni regional siyasətinin göstəricisi deyil, həm də Türkiyənin son illərdə apardığı ağıllı və strateji diplomatiyanın nəticəsidir. Ankara həm müasir reallıqları düzgün oxuyaraq, həm də beynəlxalq güclərlə çevik dialoq quraraq bu mühüm qərarın qəbul edilməsində əsas vasitəçilərdən biri olub.

Bu hadisə Türkiyənin yalnız bölgədəki hərbi varlığını deyil, eyni zamanda diplomatik gücünü də təsdiqləyir. Trampın bu qərarı Suriyada sülhə doğru gedən yolun açılmasında mühüm addım olmaqla yanaşı, Türkiyənin regional güc kimi beynəlxalq siyasətdəki rolunun artdığını da sübut edir.

P.İSMAYILOV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:230
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 May 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see452

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see397

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see288

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see263

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see253

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see247

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see239

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see228

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see214

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see205

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see201

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see195

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see191

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see188

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see186

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see185

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see181

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see180

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see179

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri