Icma.az
close
up
RU
Avropa yeni təhlükəsizlik sistemi qurmaq istəyir

Avropa yeni təhlükəsizlik sistemi qurmaq istəyir

Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.


“Hazırda vəziyyət Ukrayna və Avropa üçün xüsusilə gərgindir. Müəyyən proseslər gedir və ABŞ faktiki olaraq Avropanı Rusiya ilə üz-üzə qoyub. ABŞ deyir ki, Avropanın müdafiəsi üçün heç bir addım atmaq niyyətində deyil. Üstəlik, ABŞ BMT-dən çıxmaq niyyətindədir. Ölkənin müdafiə naziri isə ABŞ-nın NATO-dan çıxmasının mümkünlüyünü dilə gətirir. Bütün bunlar sözsüz ki, gərginlik yaradan amillərdir”.

Bunu Reyting.az-a hərbi ekspert Azad İsazadə bildirib.
Onun sözlərinə görə, Avropa ölkələri yeni təhlükəsizlik sistemi qurmaq haqqında düşünürlər və bu sistemi Ukraynasız təsəvvür etmirlər. “Belə bir istək var, ancaq təəssüflər olsun ki, indi Avropada harizmatik liderlərə ehtiyac olsa da, belə fiqurları görmürük. Ümumiyyətlə, daha çox Fransa prezidenti Makron bu yerə iddialıdır, amma bəllidir ki, Makron zəifdir və onda belə bir harizma yoxdur”, - deyən A. İsazadə əlavə edib ki, Avropada harizmatik lider statusuna az-çox Ukrayna prezidenti Zelenskinin özü uyğun gəlir: “Odur ki, yeni Avropa təhlükəsizlik sisteminin qurulmasında Zelenski mühüm rol ala bilər. Bunun üçün Avropa liderləri ona yol açmalıdır. Həm də çox şey Zelenskinin bacarığından asılı olacaq”.
Müsahibimiz xatırladıb ki, Avropa ölkələrinin liderləri iki dəfə bir araya gəlib və martın 6-da üçüncü dəfə bir araya gələcəklər: “Hazırda daha çox sözlər eşidirik, halbuki qəti və iddialı addımlar da atılmalıdır. Bu gün deyə bilərik ki, vəziyyət gərgindir və Rusiyanın xeyrinədir”.

Azad İsazadə
İsazadə sonda qeyd edib ki, indi Avropada Zelenskiyə ABŞ-la münasibətləri qaydaya salmağı məsləhət görürlər: “Tramp isə tələb edir ki, Zelenski ondan üzr istəsin. Siyasətdə üzr istəmək yoxdur. Və yaxud diplomatik dillə üzr istənilir. Bu, bizim klassik şəkildə bildiyimiz üzr - “qələt etmişəm, bir daha belə etmərəm”,- formasında deyil. Məsələn, Rusiya qırıcısını vuran Türkiyə sonradan Rusiyadan üzr istədi. Rusiya mediası bunu Ərdoğanın Rusiyadan üzrü kimi təqdim etdi. Amma üzr mətninə baxanda gördük ki, üzrdən əsər-əlamət yoxdur. Yəni Ukraynanın da üzrü bu formada ola bilər. Zelenski Amerika xalqına təşəkkür edəcək, baş verənlərdən təəssüf hissi keçirdiyini bildirəcək. Üzr bu formada ola bilər”.
Y. QACAR
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://reyting.az
archiveBu xəbər 04 Mart 2025 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see229

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see204

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see204

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see149

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri