Icma.az
close
up
RU
Yeni təhlükəsizlik sistemi gündəmə gəldi ŞƏRH

Yeni təhlükəsizlik sistemi gündəmə gəldi ŞƏRH

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Avropa ABŞ-dən asılılığı azaltmaq üçün alternativ axtarır

Avropada təhlükəsizlik arxitekturasının gələcəyi ilə bağlı müzakirələr getdikcə daha da intensivləşir. Xüsusilə ABŞ-nin diqqətinin Yaxın Şərq və Asiya istiqamətinə yönəlməsi fonunda Avropa ölkələri öz müdafiə imkanlarını yenidən nəzərdən keçirməyə başlayıblar. Bu şəraitdə Avropa İttifaqı daxilində vahid ordu və müstəqil təhlükəsizlik mexanizmi yaradılması ideyası yenidən gündəmə gəlib. İspaniyanın xarici işlər naziri Xose Manuel Albaresin son açıqlaması da məhz Avropanın gələcək təhlükəsizlik modeli ilə bağlı artan narahatlıqların və yeni geosiyasi reallığın göstəricisi hesab olunur.

Hərbi-siyasi ekspert Həşim Səhrablı Sherg.az-a söyləyib ki, İspaniya XİN rəhbərinin son açıqlaması əslində bu ölkənin son onilliklər ərzində izlədiyi xarici siyasət kursunun davamıdır:

"Çünki İspaniyanın xarici siyasətinə nəzər saldıqda görünür ki, rəsmi Madrid heç vaxt ABŞ-nin Avropa üzərində hegemon mövqe tutmasını tam şəkildə dəstəkləməyib. Eyni zamanda İspaniya, Fransa kimi imperialist düşüncəyə sahib dövlətlərin də nə öz üzərində, nə də ümumilikdə Avropa üzərində dominant gücə çevrilməsini istəməyib.İspaniyanın özü də tarixən böyük imperiya ənənəsinə malik dövlətdir. Bu ölkənin çoxəsrlik dövlətçilik və imperiya təcrübəsi var. Müasir Avropa dövlətçilik modelinin formalaşmasına təsir göstərən və bugünkü Avropa mədəniyyətinə ciddi təsir edən latın mədəniyyətinin əsas varislərindən biri də məhz ispanlardır. Belə zəngin tarixə və siyasi ənənəyə sahib bir xalqın başqa güclərin təsiri altında qalmaq istəməməsi təbiidir. Buna görə də İspaniya hazırda Avropada yeni təhlükəsizlik modelinin formalaşdırılmasını dəstəkləyir. Madridin yanaşmasına görə, bu modeldə heç bir dövlət digərinə diktə edən və hökmran tərəf olmamalıdır. Avropanın vahid ordu və ya alternativ təhlükəsizlik mexanizmi yaratmaq təşəbbüslərinə gəldikdə isə, görünür, İspaniya NATO kimi böyük təhlükəsizlik sisteminin birdən-birə və nizamsız şəkildə dağıdılmasının və ya tərk edilməsinin heç kimin maraqlarına uyğun olmadığını anlayır. Çünki NATO hələ də Avropanın əsas müdafiə dayaqlarından biri olaraq qalır".

Analitik qeyd edib ki, Avropada belə bir fikir də formalaşır ki, gələcəyi yalnız NATO üzərində qurmaq müəyyən asılılıq yarada bilər:

"Bu səbəbdən Avropa dövlətləri paralel şəkildə özlərinə aid, daha müstəqil təhlükəsizlik mexanizmi yaratmağa çalışırlar. Məqsəd isə qərarvermə prosesində əsas söz sahibinin avropalıların özləri olmasıdır. Çünki hazırkı NATO sistemində dominant gücün ABŞ olduğu açıq şəkildə görünür. Formal olaraq alyans daxilində bütün üzvlər bərabərhüquqlu hesab olunsalar da, praktikada NATO-nun əsas istiqamətlərinin Vaşinqtonun maraqları çərçivəsində formalaşdığı tez-tez vurğulanır. Bu baxımdan Avropada yeni təhlükəsizlik modelinin qurulması ideyası getdikcə daha çox müzakirə olunur. Ancaq belə bir modelin yaradılması asan görünmür. Çünki Avropanın şərqi ilə qərbi, şimalı ilə cənubu arasında ciddi fərqlər mövcuddur. Məsələn, Ukrayna müharibəsi fonunda Şərqi Avropa ölkələri təhlükəsizlik təhdidlərini birbaşa hiss etdiyi halda, Qərbi Avropada həyat nisbətən daha sabit davam edir. Bu da ortaq təhlükəsizlik yanaşmasının formalaşmasını çətinləşdirir. Bundan əlavə, Avropanın müxtəlif regionlarının təhlükəsizlik prioritetləri də fərqlidir. Cənubi Avropa üçün Yaxın Şərqdən qaynaqlanan terror və miqrasiya problemləri əsas təhlükə hesab edilirsə, Şimali Avropa üçün Rusiya, Çin və ABŞ arasında Arktika uğrunda geosiyasi rəqabət daha ön plandadır. Qrenlandiya məsələsi bunun nümunələrindən biridir. Digər tərəfdən, Avropanın daxilində də ciddi fikir ayrılıqları qalmaqdadır. Məsələn, Ukrayna Rusiya ilə müharibə aparsa da, bəzi Avropa qonşuları ilə münasibətlərində problemlər yaşayır. Eyni zamanda Rusiya, Türkiyə və Yunanıstan kimi dövlətlər arasında tarixdən gələn geosiyasi və mədəni qarşıdurmalar hələ də tam aradan qalxmayıb.Bütün bunlara baxmayaraq, Avropanın daha müstəqil təhlükəsizlik sisteminə ehtiyac duyduğu fikri getdikcə güclənir. Bunun üçün isə ilk növbədə Avropa dövlətləri öz təhlükəsizlik və siyasi qərarlarını daha sərbəst şəkildə formalaşdırmağa çalışmalıdırlar. Eyni zamanda yeni model yalnız hərbi sahəni əhatə etməməlidir. Buraya siyasi, iqtisadi və strateji əməkdaşlıq mexanizmləri də daxil edilməlidir ki, Avropa daxilindəki milli, siyasi və iqtisadi ziddiyyətləri minimuma endirmək və mümkün yeni birliyi uzunmüddətli şəkildə qorumaq mümkün olsun".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 May 2026 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri